Piylənmə nədir?

Piylənmə və ya xalq arasında bilindiyi kimi, bədəndə həddindən artıq yağ yığılması nəticəsində yaranan və müalicə edilməli olan bir xəstəlikdir.

Piylənmə və ya xalq arasında bilindiyi kimi, bədəndə həddindən artıq yağ yığılması nəticəsində yaranan və müalicə edilməli olan bir xəstəlikdir.

Piylənmə qidadan alınan enerjinin miqdarı maddələr mübadiləsi və fiziki fəaliyyətlə sərf olunan enerjinin miqdarından çox olduqda baş verir. Piylənmə insan orqanizmində ürək-damar sistemi, tənəffüs sistemi, hormonal sistem və həzm sistemi kimi sistemləri təsir edən və bir çox mühüm xəstəliklərin yolunu açan bir xəstəlikdir. Ürək xəstəlikləri, yüksək təzyiq, şəkərli diabet, yüksək xolesterin, tənəffüs pozğunluqları, oynaq xəstəlikləri, aybaşı dövrünün pozulması, sonsuzluq, öd kisəsi xəstəlikləri, daş əmələ gəlməsi, bəzi xərçəng növləri piylənmə ilə birbaşa əlaqəli xəstəliklərdəndir. Nəticədə, piylənmə insan ömrünü qısaldan və həyat keyfiyyətinə mənfi təsir göstərən bir xəstəlik olaraq təyin edilə bilər. Araşdırmalara görə, piylənmə xüsusilə son 20 ildə bütün dünyada sürətlə artaraq epidemiya kimi yayılıb. Ölkəmiz də bu epidemiyadan əziyyət çəkir. Qadın əhalinin təxminən üçdə biri və kişi əhalinin təxminən beşdə biri piylənmədən əziyyət çəkir. Xəstə insanların çoxalması, həyat keyfiyyətinin aşağı düşməsi səbəbilə bu xəstələr əgər idman və pehrizlə arıqlaya bilmirlərsə, xəstələri əməliyyatla çəki atmalarına kömək etmək mümkündür.  Bu əməliyyatları bariatrik cərrahlar edir. Əməliyyat üçün ideal yaş 25-50 arasıdır. Çünki daha az yaşı olan xəstələrin idman və xüsusi pəhriz proqramları ilə arıqlamaq şansı var. Yaşlı, artıq çəkili və eyni zamanda müxtəlif xəstəliklərdən əziyyət çəkən xəstələrə isə cərrahiyyə əhəmiyyətli dərəcədə kömək edəcəkdir. Xəstəni əməliyyat etməmişdən öncə onun orqanizminin sağlamlıq dərəcəsini yoxlayırıq, xəstənin pəhriz saxlayıb saxlamadığını soruşuruq, eyni zamanda psixoloji vəziyyətini müayinə edirik ciddi bir problem olmadığı təqdirdə xəstə əməliyyat edilir. Bu əməliyyat laporaskopik olaraq həyata keçirilir. Xəstənin şəkərli diabeti olub olmadığını öyrənirik və lazım gəldikdə eyni zamanda yanaşı əməliyyatlar da icra edirik. Əməliyyat bitdikdən təxminən 6 saat sonra xəstə ayağa qaldırılıb gəzdirilir, 1-2 gün sonra oral qidalanmasını bərpa etmək üçün test verilir və xəstə evə yazılır. Adətən bu əməliyyatlardan sonra xəstə reanimasiya keçirilmir əməliyyatdan çıxan kimi normal palataya keçir. Evə yazılan xəstələrə pəhriz və müalicə təyin olunur və xəstə ilə mütəmadi əlaqə saxlanılır

Yeniliklərə Abunə Ol!

Dərc olunmuş yeni məqalədən ilk sən xəbərdar ol.

Məmnunluq anketi

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

everything's where you left it.

TİBBİ XİDMƏTİ EVİNİZƏ ÇAĞIRIN!