Evdə müayinə və müalicə

Həkimə getməlisiniz lakin evdən çıxa bilmirsiniz? Evə həkim çağırmalı, evdə müayinə olmalısınız? Yoxsa ananızı, atanızı, yaşlı hər hansı yaxınınızı müayinə üçün xəstəxanaya aparmalısınız? Yeriyərkən çətinlik çəkir və fizioterapiya üçün tibb müəssisəsinə getməlisiniz? Sağlamlıq şərtləriylə bağlı bu və bunabənzər hallar sizə tanış gəlirsə evdə müayinə və müalicə xidmətləri həyat tərzinizi asanlaşdıracaq. Evdə tibb xidmətlərinə-evdə həkim müayinəsi, tibb bacısı köməyi, əhatəli tibb bacısı xidmətləri, evdə fizioterapiya, düzgün qidalanma və dietoloq dəstəyi, evdə sosial məsləhətçi psixoloji dəstək mütəxəssisləri, evdə laborator analizlər, evdə qanvermə, USM və bu kimi çeşidli xidmətlər aiddir. Xidmətlə bağlı klinikamızın …… nömrəsindən məlumat ala bilərsiniz.

Evdə müayinə nə üçündür?

Evdə həkim xidmətini icra edən mütəxəssis həkim xəstəni sağaltmaqdan əlavə xəstənin və xəstəliyin vəziyyətini ümumi şəkildə ələ alaraq xəstəliyin diaqnozunu qoyur, xəstəliyin təkrarlanmasının qabağını almaq üçün tədbir görür və eyni zamanda xəstəliyin müalicə müddətinin gedişatına nəzarət edir. Həkim müvafiq diaqnozu qoyur və bunu edərkən xəstənin yaşı, istifadə etdiyi dərmanlar, həyat şəraitinin xəstəlik üzərindəki təsiri mi bir çox faktor da nəzərə alınır.

Evdə tibbi xidmət göstərən həkim eyni zamanda xəstəliyin qarşısının alınmasından məsuldur. Bu məqsədlə həkim funksional balans yaradır: xəstənin görmə və eşitmə qabiliyyətini, psixoloji vəziyyətini, psixomotor fəaliyyətini aşkarlayıb diaqnozu təyin edir. Xəstəyə qidalanma, şəxsi gigiyena, fiziki fəaliyyətlərlə bağlı məsləhətlər verir. Həkim xəstəlik getdikcə irəlilədikdə ya da anidən ağırlaşdıqda xəstənin ümumi vəziyyəti, həyat tərzi və yaxınlarını tanıyıb bildiyi üçün xəstənin evdə yaxud xəstəxanada müalicə olunması haqqında məsləhətçi rolunu oynayır.

Terapiya müddəti necə davam edir?

İlkin olaraq xəstə müayinə olunmalıdır. Həkim müyinədən sonra xəstəyə müalicə planı hazırlayır. Burada vacib olan müayinənin evdə yaxud tibb müəssisəsində olacağını müəyyənləşdirməkdir. Bir çox şəhərlərdə evdə fizioterapiya xidməti verən tibb müəssisələri vardır. Bu xidmət sayəsində evindən çıxa bilməyən və yaxud yatalaq insanlar ev şəraitində müayinə oluna bilirlər. Evdə bu xidmətdən istifadə etməmişdən əvvəl xidmət göstərən tibb müəssisəsindən evinizə gəlib gəlməyəcəyini öyrənmək lazımdır.

Evdə fizioterapiya xidməti göstərən bir çox müəssisə vardır. Lakin bunların bir qismi evinizə həkim göndərir. Bəzi sağlamlıq mərkəzləri isə evinizə müayinə üçün həkim eyni zamanda tibbi personalı göndərir. Əgər hal hazırda müayinə olunub və əlinizdə həkimin imzalı müalicə planı varsa evdə fizioterapiya xidməti verən tibb müssisəmizlə əlaqə yaradıb fizioterapevt ilə məsləhətləşə bilərsiniz.

Məmnunluq anketi

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

everything's where you left it.

TİBBİ XİDMƏTİ EVİNİZƏ ÇAĞIRIN!