Narın insan orqanizminə faydası

Antioksidant xüsusiyyətləri baxımından nar damarların daralmasının və lövhələrin artmasının qarşısını alır. Tərkibindəki polifenol antosiya maddələri son dərəcə güclü təsirə malikdir. Bu təsirin E vitamini ilə müqayisədə 20 dəfə çox olduğu ifadə edilir.

Narın faydalarından biri də ürək-damar sağlamlığı baxımından qoruyucu və profilaktik təsirə malik olmasıdır. Ürək-damar sağlamlığı üçün narın müalicəvi xüsusiyyətlərindən faydalanmaq istəyirsinizsə, hər gün 1 stəkan təzə sıxılmış nar suyu istehlak etməlisiniz.

Şəfa mənbəyi olan nar təbii antibiotik təsiri göstərir.

Prostat xərçənginin qarşısını alır: Prostat xərçəngi ilə bağlı aparılan araşdırmalar narın prostat xərçənginin qarşısının alınmasında çox təsirli olduğunu göstərir. Prostat xərçəngi müalicəsi alan xəstələrdə mövcud xərçəng hüceyrələrinin gedişatında azalma olduğu da qeyd olunub. Prostat xərçənginə qarşı tədbir almaq üçün müntəzəm olaraq nar şirəsindən istifadə etmək tövsiyə olunur. Prostat vəzinə müsbət və müalicəvi təsiri narın ən görkəmli faydalarından biridir.

İnfeksiyaların qarşısını alır: Narda bakteriya və virusları zərərsizləşdirən çox güclü antioksidant var.

Qış aylarının gəlişi ilə nar şirəsini mütəmadi olaraq istehlak etməli və xəstələnməmişdən əvvəl orqanizmimizin immun səviyyəsini gücləndirməliyik ki, orqanizm həssas olmasın. Narın tərkibində olan C vitamini qış soyuqluğuna qarşı müqavimətin formalaşmasına böyük töhfə verir.

Mədəni gücləndirir: Nar meyvəsinin üzərində örtülmüş ağ təbəqə mədəyə güc verərək həzmi asanlaşdırmağa kömək edir. Səhər acqarına mədə iltihabına qarşı nar bəkməzi və bal qarışığının qəbulu müsbət təsir göstərəcək. Mədə yanması, həzm pozğunluğu, qusma hissi kimi əlamətlərə qarşı yeməkdən sonra nar yemək məsləhət görülür.

Bədəndəki infeksiyaları, yaraları və iltihabları sağaldır: Nar tərkibindəki antioksidantlarla həm daxildən, həm də xaricdən sağaldır. Orqanlarda iltihab, yara və infeksiyalara yaxşı təsir edir, həmçinin mümkün vəziyyətlərin qarşısını alır. Nar qabığı da narın özü qədər təsirlidir. Narın qabığını bədəninizdəki iltihab və ya yaraya sürtməklə onun sağaldıcı təsirindən faydalana bilərsiniz.

İsalın qarşısını alır: Narın az bilinən faydalarından biri də ishala yaxşıtəsir etməsidir. Nar meyvəsinin örtüldüyü ağ təbəqədən danışdıq. Bu təbəqə mədə gücləndirməklə yanaşı ishala qarşı istifadə olunur. Ağ təbəqəni soyub 1 stəkan su ilə qaynadıb şirinləşdirib içə bilərsiniz.

Qocalmanı gecikdirir: Narın tərkibindəki komponentlər qocalmanın qarşısını almaqda çox əhəmiyyətli təsirlərə malikdir. Bu gün kosmetik şirkətlər bir çox yaşlanma əleyhinə məhsulların tərkibində nardan faydalanır.

Tərkibindəki C vitamini ilə dərinizin qidalanmasını dəstəkləyir. Daha sağlam və parlaq bir dəri təqdim edir. Qırışların görünüşünü düzəldərək yeni qırışların yaranmasının qarşısını alır. Həmçinin yayda üzdə yarana biləcək çillərin qarşısını alır.

Nar dəri xərçənginin inkişaf riskini minimuma endirir.

Yeniliklərə Abunə Ol!

Dərc olunmuş yeni məqalədən ilk sən xəbərdar ol.

Məmnunluq anketi

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

everything's where you left it.

TİBBİ XİDMƏTİ EVİNİZƏ ÇAĞIRIN!