Üz sinirin iflici

Üz (fasial) sinir beyindən başlayır və gözün altından hərəkət edərək budaqlara ayrılır. Üz siniri üzümüzdəki əzələlərimizi işlədir ki, bu da danışma, çeynəmə, mimika və hissiyat kimi üz əzələlərimizdə meydana gəlir. Göz yaşı və digər ləzzət və dad alma hissinə də üz siniri nəzarət edir.

Üz əzələləri və funksiyaları:

  1. Qaşları qaldırma
    Occipitofrontalis
  2. Gözləri bağlamaq
    Orbicularis oculi
  3. Qaşlarımızı çatdığımızda qaşlar arasında yaranan dəri qırışlanması
    Procerus/ Corrugator supercilii
  4. Ağzın kənarlarını və üst dodağı qaldırmaq
    Zygomatic minor
    Zygomatic major
    Levator anguli oris
    Levator labii supeioris
  5. Ağzı bağlamaq
    Orbicularis oris
  6. Ağzın kənarlarını geriyə çəkir, sanki gülümsəyirik
    Risorius
  7. Sovurmaq, əmmək kimi funksiyaları yerinə yetirir
    Buccinator
  8. Ağzın kənarlarını və alt dodağı aşağı çəkmək
    Depressor anguli oris
    Depressor labii inferioris
  9. Alt çənəni qırışdırır və alt dodaq əzələsidir (stəkanda su içərkən alt dodağın stəkana fiksasiyası)
    Mentalis

Üz siniri iflici yaranma səbəbləri:

Periferik sinir ifliclərinin ən çox yayılma səbəbləri:

  • Qiyan-Bare sindromu
  • Laym xəstəliyi
  • Orta qulağın otiti
  • Ramze-Hunt Sindromu (üz siniri zonasında herpes Varicella Zoster virusunun yayılması)
  • Dağınıq skleroz
  • İnsult
  • Doğuş travmaları
  • Kəllə sümüyündən alınan zərbələr,qırıqlar
  • Genetik sindromlar

Üz sinirinin nevriti (BELLA İFLİCİ) – üz sinirin və üzün mimiki əzələlərinin iltihabi zədələnməsidir. Nəticədə həmin nahiyyənin əzələlərində zəiflik meydana gəlir, mimiki hərəkətlərin azalması (parez) və ya tamamilə itməsi (iflic), bu da nəticə etibariylə üzün assimmetriyasına səbəb olur. Üz sinirinin nevritinin simptomları patoloji prosesə sinirin hansı nahiyyəsi cəlb olunmasından asılı olaraq dəyişir. Bununla əlaqədar olaraq üz sinirinin mərkəzi və periferik nevrit formaları ayırd edilir. Üz sinirinin nevritinin tipik klinikası dioqnozun qoyulmasında çətinlik törətmir. Ancaq xəstəliyin ikincili xarakterli olmasını istisna etmək üçün instrumental müayinə aparılması mütləq hesab edilir.

Üz siniri dar sümük kanalından keçir ki, bu da iltihabi proses və qan dövranı pozulması zamanı tunel sindromun əmələ gəlməsinə şərait yaradır. Üz sinirinin özünəməxsus quruluşuna malik olan və ya anatomik dar kanala malik olan insanlar üz sinirinin nevritinə daha çox məruz qalırlar. Üz sinirinin nevritinə səbəb qulaq və boyun nahiyyəsində soyuqdəymə və ya kondensioner üfürməsi ola bilər.

Etiologiyası – Üz siniri nevriti soyuqdəymə sonra rast gəlinən birincili və ya digər xəstəliklər nəticəsində əmələ gələn ikincili nevritlərə bölünür. İkincili nevritlərə əsasən- herpetik infeksiya, qrip, difteriya, epidemik parotit, irinli otit, Melkerson-Rozental sindrom, poliomielitin pontin forması və s. rast gəlinir. Bəzən isə- üz sinirinin travmatik zəədələnməsi, beyin qan dövranının pozulması (işemik vı ya hemarogik insult), neyroinfeksiya və şişlər zamanı da rast gəlinə bilər.

Əlamətləri:

Üz sinirinin iflici üzün bir yarısının əzələlərinin işləməməsi nəticəsində digər yarısının əzələlərinin yığılması ilə üzün (xüsusən ağız bucağının) sağlam tərəfə doğru çəkilməsi, həmçinin nitqin çətinləşməsi, iflicli tərəfdə gözün tam bağlanmaması, gözün yaşarması, qidalanma zamanı qidanın ağızdan tökülməsi və s.kimi əlamətlərlə müxtəlif dərəcədə özünü biruzə verir. Üz sinirinin bir şaxəsinin də dad hissiyyatına cavabdeh olması səbəbi ilə bəzi xəstələrdə dad hissiyyatının pozulması, xoş olmayan, məsələn, metal dadının hiss edilməsi kimi şikayətlər ortaya çıxa bilir.

Xəstəliyin diaqnostikası:

Xəstəliyin diaqnozunun qoyulması üçün çox zaman nevroloq tərəfindən ətraflı müayinə kifayət edir. Lakin üzün siniri iflicinə səbəb ola biləcək digər xəstəliklərə şübhə olarsa, diaqnozu dəqiqləşdirmək üçün laborator və funksional müayinə üsullardan da istifadə edilir. MRT və KT müayinəsi ikincili xarakterli – baş beyinin şiş və iltihabi prosesləri (abses və ensofalit) inkar etmək üçün təyin olunur. Üz sinirində patoloji prosesin yerini və dərəcəsini təyin etmək üçün və müalicə dövründə onun bərpa dinamikasını müşahidə etmək üçün elektroneyroqrafiya, elektromioqrafiya təyin edilir.

Müalicə:

Xəstəliyin müalicəsi medikamentoz və fizioterapiya vasitəsilə həyata keçirilir. Bu zaman xəstələrə soyuq havada baş və boyun nahiyələrinin isti saxlanılması, üz əzələləri üçün xüsusi gimnastik məşqlər, gözün açıq qalması zamanı göz quruluğunun aradan götürülməsi üçün göz damlaları istifadəsi məsləhət görülür.

Yeniliklərə Abunə Ol!

Dərc olunmuş yeni məqalədən ilk sən xəbərdar ol.

Məmnunluq anketi

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

everything's where you left it.

TİBBİ XİDMƏTİ EVİNİZƏ ÇAĞIRIN!