Faringit

Faringit nədir?

Faringit insanlar arasında ən çox yayılmış xəstəliklərdən biridir. Faringit qış mövsümündə  tez-tez özünü göstərir və insanlarda hərarət, halsızlıq, boğaz ağrısı kimi şikayətlərə səbəb olur.

Boğazın və ya udlağın qıcıqlanması nəticəsində narahatlıq yaradan faringit kəskin və xroniki faringit olaraq iki qrupa ayrılır.

Kəskin faringitdə boğazda yanma, ağrı və qızdırma əmələ gəlir, xroniki faringitdə isə quru öskürək, qıcıqlanma və boğazda ilişmə hissi kimi şikayətlər müşahidə edilir. Kəskin faringit boğazda qızartı, udma çətinliyi və qızdırma xəstəyə bir neçə gün yeməkdə çətinlik yaradır.

Xroniki faringit isə daha çox boğaz nahiyəsində qıcıqlanma görülən bir xəstəlikdir. Xəstənin həyat tərzi və vərdişləri, burun xəstəlikləri nəticəsində baş verə bilər.

Xroniki faringitin yaranma səbəbləri:

Boğazın qıcıqlanması nəticəsində baş verir. Boğazın davamlı qıcıqlanması bu vəziyyətin uzun müddət davam etməsinə səbəb olur. Xüsusilə burun sümüyünün əyriliyi kimi burunda meydana gələn xəstəliklər nəticəsində insan ağızdan nəfəs almağa başlayır və bu da uzun müddət boğaz qurumasına səbəb olur. Bundan başqa aşağıdakıları da xroniki faringitin yaranma səbəblərinə daxildir:

  • Müəllimlik kimi çox danışmaq tələb edən bir peşəyə sahib olmaq
  • Kifayət qədər maye qəbul etməmək
  • Yeməyi həddindən artıq isti və ya soyuq yemək
  • Siqaret çəkmək
  • Acı ədviyyatlardan istifadə
  • Allergiyalar
  • Mədədən gələn turşu (reflüks)
  • Burunda allergiya, sinüzit və ya adenoiddə şişməyə səbəb olan xəstəliklərə səbəb ola bilər.

Kəskin faringit:

Viruslar kəskin faringitin ən çox yayılmış səbəblərindən biridir.

Soyuqdəymə kimi hallarda faringit infeksiya ilə birlikdə görülə bilər. Soyuq mühitlərdə olmaq və xəstə insanlarla eyni mühitdə olmaq da kəskin faringitə səbəb ola bilər.

Bundan əlavə, quru hava və qısa müddətli kimyəvi təsirlər kimi şərtlər kəskin faringitin yaranma səbəbi ola bilər.

Faringitin simptomları

Faringit virus və ya bakteriya səbəbiylə infeksiya nəticəsində baş verir. Bunlar qəfil baş verən kəskin faringit və davamlı təkrarlanan xroniki faringitlərə bölünür.

Kəskin faringitin simptomları:

  • Boğaz ağrısı
  • Yanğı
  • Zəiflik
  • Burun axması
  • Udmaqda çətinlik
  • Boğazda ilişib qalma hissi.

Xroniki faringitin simptomları:

  • Udarkən ağrı
  • Öskürək
  • Yüngül boğaz ağrısı
  • Xroniki faringitin simptimları, Kəskin faringitdən daha yüngüldür.

Faringitin diaqnostik üsulları

Tekcə boğaz ağrısı faringit demək deyil. Bunun üçün eyni zamanda bir neçə simptom özünü göstərməlidir.

Xroniki və kəskin faringit olaraq iki fərqli strukturda müayinə edilən faringit, ümumiyyətlə boğazda ağrı, udma çətinliyi, qızdırma və halsızlıq kimi əlamətlərə səbəb olur.

Kəskin və ya xroniki faringit diaqnozu qoyulmazdan əvvəl xəstənin iş şəraiti, gündəlik maye qəbulu, və olduğu mühit diqqətə alınmalıdır. Daha sonra həkim tərəfindən fiziki müayinə ilə faringitin növü və diaqnozu qoyula bilər.

Faringitin müalicəsi

Kəskin faringitin müalicəsində xəstənin əlamətləri, simptomları və müayinənin nəticələri həlledicidir. Bakterial mənşəli hallarda həkim tərəfindən burun spreyləri, antibiotiklər, pastillər və ya ağrı kəsicilər verilir. Viral faringitdə daha çox simptomların qarşısını alan müalicədən istifadə olunur. Bol su içmək də tövsiyə olunur.

Xroniki faringit çox əhəmiyyətli bir xəstəlik olaraq görülməsə də, orqanizmin iş sisteminə təsir edən və müalicəsi çətin olan xəstəliklər arasındadır. Faringitin müalicəsində xəstənin həkim tövsiyələrinə əməl etməsi son dərəcə vacibdir.

Yeniliklərə Abunə Ol!

Dərc olunmuş yeni məqalədən ilk sən xəbərdar ol.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

everything's where you left it.

TİBBİ XİDMƏTİ EVİNİZƏ ÇAĞIRIN!