Qarpızın sağlamlıqla faydası

Qarpızın faydası…

Yüksək su və lif tərkibli meyvə kimi tanınan qarpız, vitamin və mineral zənginliyi ilə faydalı bir meyvədir. Amma şəkərin tərkibinə görə 2 dilimdən çox istehlak etməmək vacibdir.

Yay aylarının gəlişi ilə bütün qış üçün darıxdığımız bir çox tərəvəz və meyvələr süfrədə öz yerlərini alır. Onlardan biri və hətta ən dadlısı olan qarpızdır. Yayın istisini sərinləşdirən qarpızın soyuqda yeyildiyi təqdirdə sağlamlığımız üçün bir çox faydası var. 92 % – i sudan ibarət olan qarpız, tərkibindəki yüksək su, vitamin və minerallarla xərçəngdən dərinin cavanlaşmasına, saçların qidalanmasından arıqlamağa qədər bir çox faydalar təmin edir. Lakin şəkəri yüksək olan bir meyvə olduğundan ehtiyatla istehlak edilməlidir. Bundan başqa, A, B1, B5, B6, C vitaminləri, kaliumla zəngin olan bu meyvənin tərkibində yağ, xolesterin və natrium yoxdur.

Qarpızın şəkər nisbəti

2 dilim (280 qram) qarpız 80 kaloridir; Tərkibində 20 q şəkər, 270 mq kalium, 17 q vitamin A, 21 q vitamin C, 4 q dəmir, 1 q lif var. Tərkibində yüksək kalium olduğu üçün böyrək xəstələri qarpızdan istifadə etməzdən əvvəl həkimləri ilə məsləhətləşməlidirlər.

Qəbizliyə faydası var

Qarpız çox yüksək sulu bir meyvə olduğundan, sidikqovucu xüsusiyyətlərə malikdir, yəni tez-tez sidiyə çıxır. Bu səbəbdən də ödem problemi olanlar üçün yayda dərman kimi bir qidadır. Tərkibindəki lif və su sayəsində qəbizliyin qarşısını almağa kömək edən qarpız, sağlam həzm sistemi üçün nizamlılığı dəstəkləyir. 92 % – i sudan ibarət olan qarpız, bədəninizin su balansını qoruyarkən toxluq hissi keçirməyə kömək edir. Eyni zamanda yüksək lif tərkibi ilə çox kalori almadan tox qalmanızı təmin edir.

Qan təzyiqini tənzimləyir

Qarpızın tərkibindəki kalium maqnezium miqdarı qan təzyiqini aşağı salır. Kalium vazodilatator hesab olunur, yəni qan damarlarında və arteriyalarda gərginliyi aradan qaldırır və bununla da qan axını stimullaşdırır. Ürək-damar sistemindəki stressi azaldır. Qarpızda olan karotenoidlər həmçinin damar divarlarının və damarların sərtləşməsinin qarşısını alır, qan təzyiqi, qan laxtalanması, insult, infarkt və ateroskleroz risklərini azaltmağa kömək edir. Araşdırmalar göstərir ki, pəhriz ürək sağlamlığına əhəmiyyətli təsir göstərir. Qarpızın tərkibində bədəndə azot oksidinin səviyyəsini artıra bilən amin turşusu olan sitrulin var. Azot oksidi qan damarlarınızı genişləndirməyə kömək edir, bu da qan təzyiqini aşağı salır. Bu şəkildə ürək sağlamlığını qorumağa kömək edir.

Canlı dəri üçün…

Qarpız tərkibindəki A və C vitaminləri sayəsində saç və dərimiz üçün əla qidadır. Tərkibindəki yüksək su və saçları nəmləndirən sebum istehsalı üçün lazım olan A vitamini tərkibi sayəsində dərini daha canlı və gözəl göstərir. C vitamini də dərini sağlam, elastik və güclü edən bir protein olan kollagenin istehsalına kömək edir; O, təkcə dəri hüceyrələrini yaratmır, həm də hüceyrələri bərpa edir.

Pomidor kimi likopenlə zəngindir

Qırmızı rəngindən də göründüyü kimi qarpız antioksidant baxımından zəngin bir meyvədir. Tərkibindəki likopen adlı antioksidant xərçəng hüceyrələrini bloklayır və orqanizmin müdafiə sistemi olan immun sistemini gücləndirir. Yenə yüksək C vitamini tərkibi sayəsində bədəndə xərçəng əmələ gəlməsinə səbəb olan sərbəst radikalların əmələ gəlməsinin qarşısını alır. Elmi araşdırmalar göstərir ki, qarpız xüsusilə prostat xərçəngindən qoruyur.

Qarpız toxumunun faydaları

Qarpız tumları tərkibindəki “kukurbositrin” adlı maddə ilə də qan təzyiqini aşağı salmağa və böyrək funksiyalarını tənzimləməyə kömək edir. Tək və çoxlu yağ turşuları ilə zəngin olan qarpız həm də qandakı xolesterini aşağı salaraq ürək sağlamlığını qoruyur. Hər gün 1 ovuc qarpız tumunu istehlak etmək kifayətdir. Çiy dadını sevməyənlər sobada qovuraraq da istehlak edə bilərlər. Bundan əlavə, hüceyrə membranlarının quruluşunun qorunmasında və sinir keçiriciliyinin təmin edilməsində rol oynayan yağ turşuları ilə zəngin olan qarpız toxumları bu təsirlər sayəsində öyrənməyi asanlaşdırır və yaddaşı gücləndirir. O, həmçinin yağların udulmasına kömək edir və xroniki iltihabı azaldır.

Keyfiyyətli yuxuya töhfə verir

Qarpız yüksək maqnezium tərkibi ilə keyfiyyətli yuxuya kömək edir. Yuxu pozğunluqlarını və yuxusuzluğu azaldır.

Məşqdən sonra qarpız suyu içmək

İdmandan dərhal sonra qarpız və qarpız suyunu istehlak etmək əzələ ağrılarını azaltmağa kömək edir, əzələləri gücləndirir və məşqdən sonra bərpa prosesini sürətləndirir. Əzələlərin tez bərpası üçün idmandan dərhal sonra 1 stəkan qarpız suyu içmək olar.

Yeniliklərə Abunə Ol!

Dərc olunmuş yeni məqalədən ilk sən xəbərdar ol.

Məmnunluq anketi

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

everything's where you left it.

TİBBİ XİDMƏTİ EVİNİZƏ ÇAĞIRIN!