Trioid nədir?

Tiroid xəstəliyin adı deyil, hər bir kəsin orqanizmində olan vəzin adıdır.

Tiroid xəstəliyin adı deyil, hər bir kəsin orqanizmində olan vəzin adıdır.

Bu vəz insan üçün lazım olan hormonlar istehsal edir və onları qanımıza verir. Bu hormon bədənimiz üçün çox vacibdir. Bu hormona həyat üçün ehtiyacımız var, hormonun adı “tiroksin”dir. Tiroksin bədənimizdə T3 və T4 şəklində özünü göstərir. Bu hormondan başqa, daha az tanınan başqa bir hormon tiroid tərəfindən istehsal olunur. Biz bu hormonu “kalsitonin” adlandırırıq. Sümük mübadiləsi ilə əlaqədardır. Tiroidə “tiroid vəzi, qalxanvari vəzi” də deyilir. “Tiroid” və “tiroid” eyni şey deməkdir. Qalxanabənzər vəzi boğazımızın ön hissəsində, Adəm alması adlanan çıxıntının bir az altında yerləşir. Ön tərəfdən “U” hərfinə bənzəyir. Onu kəpənəklə müqayisə edənlən mütəxəssislər də az deyil, amma biz bu bənzətmə ilə razılaşmırıq. Qalxanabənzər vəzin sağında və solunda ürəkdən beyinə təmiz qan daşıyan karotid arteriya dediyimiz əsas arteriyalar və bunların xaricində isə istifadə olunan qanı beyindən gətirən, həyat üçün çox vacib olan damarlarımız var. Səs tellərini hərəkət etdirən sinirlər və onların budaqları qalxanabənzər vəzin altından keçir. Sağ və solda olmaqla 2 sinir var. Bu sinirlərin yeri və budaqlanması fərdi dəyişiklikləri göstərir. Odur ki, əməliyyat zamanı cərrahı çaşdıra bilər. Bu sinirlər çox vacibdir. Əgər bu sinirlər əməliyyat zamanı zədələnmış olarsa qalxanabənzər vəzin funksiyası tam və yaxud da qismən olmaqla pozular və nəticədə səsin xırıltısı və ya səsin tamamilə itməsi baş verə bilər. Bu vəz qalxanabənzər vəzin arxa daxili səthinə yerləşmiş və birləşmiş 4 ədəd mərcimək ölçüsündə kalsium vəziləri (paratiroid bezləri) vardır. Bu kalsium vəzilərinin sayı 1 ilə 6 arasında dəyişə bilər. Qalxanabənzər vəzi əməliyyatlarında bu kalsium vezlərinin bir və ya bir neçəsi və ya hamısı qaçılmaz olaraq çıxarıla bilər. Bu zaman xəstə kalsium vəziləri olmadığı üçün həyatı boyu kalsium və digər dəstəkləyici preparatlardan istifadə etməlidir. Əks halda, əməliyyatdan sonra sümük rezorbsiyası sürətlənəcəkdir. Onsuz da bu kalsium vəziləri əməliyyatla çıxarılmasa belə, qalxanabənzər vəzi xəstəliklərinin çoxu hətta qalxanabənzər vəzinin dərmanları belə sümükləri əridə bilir.

Yeniliklərə Abunə Ol!

Dərc olunmuş yeni məqalədən ilk sən xəbərdar ol.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

everything's where you left it.

TİBBİ XİDMƏTİ EVİNİZƏ ÇAĞIRIN!