Xidmətlər

Baxım və reabilitasiya

Əməliyyat, zədə və ya insultdan sonrakı bərpa dövrü düzgün qurulanda nəticə daha sürətli olur. Reabilitasiya proqramlarımız klinikada və evdə aparılır.

İstiqamətlər

  • Klinikada reabilitasiya

    Fizioterapiya seansları, manual terapiya və bərpa məşqləri mütəxəssis nəzarəti altında aparılır.

  • Evdə baxım

    Yataq xəstəsinə gündəlik qulluq, yara baxımı, serum və oksigen dəstəyi təyin etdiyiniz ünvanda.

  • Müşahidə və izləmə

    Bərpa dövründə vəziyyətin müntəzəm qiymətləndirilməsi və müalicə planının dəqiqləşdirilməsi.

Reabilitasiya və baxım xidmətləri

  • Fizioterapiya seansı

    45 dəq · Klinikada və evdə

  • Manual terapiya

    45 dəq · Klinikada

  • Reabilitasiya proqramı

    60 dəq · Klinikada və evdə

  • Evdə xəstə baxımı

    Yataq xəstəsinə gündəlik qulluq: gigiyena, mövqe dəyişimi, yaraların baxımı, qidalanma dəstəyi.

    120 dəq · Evdə

  • Yara və sarğı baxımı

    45 dəq · Evdə

  • Oksigen dəstəyi

    60 dəq · Evdə

Fizioterapiya haqqında məqalələr

Suallar

Tez-tez verilən suallar

  • Reabilitasiyaya nə vaxt başlamaq lazımdır?

    Mümkün qədər tez. İnsult, əməliyyat və ya travmadan sonra erkən başlanan proqram nəticəni əhəmiyyətli dərəcədə yaxşılaşdırır — həkim icazə verən kimi başlanır.

  • Baxım xidməti ilə reabilitasiya eyni şeydirmi?

    Xeyr. Baxım gündəlik ehtiyacların ödənilməsidir — qidalanma, gigiyena, dərmanın vaxtında verilməsi. Reabilitasiya isə itirilmiş funksiyanın bərpasına yönəlmiş proqramdır. Çox vaxt hər ikisi birlikdə lazım olur.

  • Xidmət evdə göstərilirmi?

    Bəli. Hərəkət məhdudiyyəti olan xəstələr üçün fizioterapiya, həkim müayinəsi və qulluq evdə təşkil edilir.

  • Proqram nə qədər davam edir?

    Müddət diaqnozdan və başlanğıc vəziyyətdən asılıdır. İlkin qiymətləndirmədən sonra təxmini plan verilir və göstəricilər ölçüldükcə dəqiqləşdirilir.

  • Yaşlı qohumum üçün daimi baxıcı təşkil oluna bilərmi?

    Bəli. Ehtiyacın həcmi qiymətləndirilir və buna uyğun qrafik — gündəlik saatlıq və ya daimi — planlaşdırılır.