

Haqqımızda
Vətəndaşlarımız müalicə üçün xaricə getməsin
Alliance Clinic 11 ildir Bakıda fəaliyyət göstərir. Poliklinik xidmətlər üzrə ixtisaslaşırıq: 11 tibbi şöbə, iki filial və evdə tibbi xidmət.
- 11İllik fəaliyyət1 oktyabr 2015-ci ildən Bakıda fəaliyyət göstəririk
- 11Mütəxəssis həkimÖlkə xaricində ixtisasartırma keçmiş tibbi heyət
- 11Tibbi şöbəLaboratoriyadan estetik cərrahiyyəyə qədər
- 1000+Məmnun pasiyentAmbulator, stasionar və evdə xidmət üzrə
Bölmələr
Klinikanı yaxından tanıyın
Missiyamız
Beynəlxalq standart, öz ölkəmizdə
Məqsədimiz xalqımıza yüksək keyfiyyətli və beynəlxalq standartlara cavab verən tibbi xidmətlər göstərmək, reabilitasiya üçün vətəndaşlarımızın xarici ölkələrdə deyil, məhz öz vətənlərində tibbi xidmət almalarını təmin etməkdir.
Klinikamızda geniş fəaliyyət təcrübəsi olan, ölkə xaricində ordinatura və ixtisasartırma kursları keçmiş mütəxəssislər fəaliyyət göstərir. Klinika tamamilə kompüterləşdirilmiş sistemdə qurulub — analiz və görüntüləmə nəticələri müalicə həkiminə və şəxsi kabinetinizə avtomatik ötürülür.
Komandamız
Klinikanın həkimləri
11 mütəxəssis, 270 məlumatlandırıcı yazı.
ProfilRandevu


Suallar
Tez-tez verilən suallar
Alliance Clinic nə vaxtdan fəaliyyət göstərir?
2015-ci ilin oktyabrından. Klinika Səhiyyə Nazirliyinin 085651 nömrəli lisenziyası əsasında işləyir.
Neçə filialınız var?
Bakıda iki filial. Hər ikisinin ünvanı, telefonu və iş saatları Əlaqə səhifəsində göstərilib.
Hansı istiqamətlər üzrə xidmət göstərirsiniz?
Ambulator qəbul, stasionar müalicə, laboratoriya və diaqnostika, fizioterapiya və reabilitasiya, estetik xidmətlər və evdə tibbi xidmət.
Evdə tibbi xidmət hansı əraziləri əhatə edir?
Xidmət Bakı üzrə təşkil olunur. Ünvanınızın əhatə dairəsinə düşüb-düşmədiyini randevu zamanı xəritədə göstərməklə dəqiqləşdirə bilərsiniz.
Analiz nəticələrimi necə alıram?
Şəxsi kabinetə yüklənir. Klinikaya təkrar gəlmək və ya zəng edib soruşmaq lazım deyil.



