
Evdə tibbi xidmət
Tibbi avadanlıq icarəsi
Xəstəxanadan sonra evdə baxım üçün lazım olan avadanlığı almaq məcburi deyil. Çatdırılma, quraşdırma, təlimat və dezinfeksiya icarə haqqına daxildir.
Xəstəxanadan evə keçid ailə üçün ən çətin mərhələlərdən biridir. Həkim nəyin lazım olduğunu deyir, funksional çarpayı, oksigen, antidekubit döşək, amma bunların hamısını almaq həm bahadır, həm də çox vaxt mənasızdır: avadanlığın böyük hissəsinə bir neçə həftə və ya ay ehtiyac olur, sonra evdə yer tutur.
İcarə bu problemi həll edir. Avadanlıq lazım olduğu müddətə götürülür, ehtiyac bitəndə qaytarılır. Çatdırılma, quraşdırma və istifadə təlimatı bizim üzərimizdədir ailənin cihazla təkbaşına qalması ən çox rast gəlinən səhvdir və biz onu qapadırıq.
Avadanlıq
Çarpayı və döşək
Uzunmüddətli yataq rejimində qulluğu asanlaşdırır və yataq yaralarının qarşısını alır.

Mexaniki tibbi çarpayı
12 ₼-dən / gün
Baş və ayaq hissəsi əl ilə tənzimlənən funksional çarpayı.
Nə üçündür
- Uzun müddət yataq rejimində olan xəstələr üçün
- Yemək, oxumaq və nəfəs almağı asanlaşdıran yarımoturaq vəziyyət
- Yan barmaqlıqlar yıxılmanın qarşısını alır
- Qulluq edən adamın belinə düşən yükü azaldır
Diqqət
- Otağa giriş ölçüsü əvvəlcədən dəqiqləşdirilir
- Quraşdırma və sökülmə bizim tərəfimizdən aparılır

Elektrik tibbi çarpayı
12 ₼-dən / gün
Pultla idarə olunan, hündürlüyü və mövqeyi motorla dəyişən çarpayı.
Nə üçündür
- Xəstənin özünün mövqeyini dəyişə bilməsi üçün
- Ağır və ya tam hərəkətsiz xəstələrdə qulluğu xeyli asanlaşdırır
- Hündürlüyün tənzimlənməsi xəstəni çarpayıdan çıxarmağı təhlükəsizləşdirir
Diqqət
- Daimi elektrik təchizatı tələb olunur
- Elektrik kəsilməsi halında əl ilə idarə imkanı var

Havalı (antidekubit) döşək
Qiymət soruş Havalı (antidekubit) döşəkKameraları növbə ilə şişib-sönən, təzyiqi daim yerdəyişdirən döşək.
Nə üçündür
- Yataq yaralarının (dekubit) qarşısını almaq üçün
- Mövqeyini özü dəyişə bilməyən xəstələrdə
- Mövcud yaranın sağalma dövründə təzyiqin azaldılması üçün
Diqqət
- Kompressor daim işləyir, səs səviyyəsi aşağıdır, amma tam səssiz deyil
- Döşək qulluğu əvəz etmir: xəstənin mövqeyi yenə də müntəzəm dəyişdirilməlidir
- Hər icarədən sonra dezinfeksiya olunur
Avadanlıq
Hərəkət və gündəlik qulluq
Xəstənin yataqdan qalxmasını, oturmasını və ev daxilində təhlükəsiz hərəkətini asanlaşdırır.
Əlil arabası
5 ₼-dən / gün
Qatlanan, əl ilə hərəkət etdirilən standart əlil arabası.
Nə üçündür
- Əməliyyat, sınıq və ya insultdan sonra müvəqqəti hərəkət məhdudluğunda
- Xəstəni ev daxilində və həkim müayinəsinə aparmaq üçün
- Uzun məsafə yeriyə bilməyən yaşlı pasiyentlər üçün
Diqqət
- Xəstənin çəkisi və qapı enləri əvvəlcədən dəqiqləşdirilir
- Əyləclərin işlədiyi təhvil zamanı birlikdə yoxlanılır
Xəstə qoltuğu (tibbi kreslo)
Qiymət soruş Xəstə qoltuğu (tibbi kreslo)Arxa söykənəcəyi tənzimlənən, uzun müddət oturmaq üçün tibbi kreslo.
Nə üçündür
- Gün ərzində yataqdan çıxıb oturaq vəziyyətdə qalmaq üçün
- Uzun yataq rejimindən sonra şaquli vəziyyətə alışma dövründə
- Yemək və ünsiyyət zamanı rahat və təhlükəsiz oturuş
Diqqət
- Xəstəni kresloya köçürməyi təhvil zamanı ailəyə göstəririk
- Uzun oturuşda da mövqe müntəzəm dəyişdirilməlidir
Yeriş çərçivəsi (xodunok)
Qiymət soruş Yeriş çərçivəsi (xodunok)Yüngül metal çərçivə: yeriyərkən dayaq və tarazlıq verir.
Nə üçündür
- Bud-çanaq və diz əməliyyatlarından sonra yenidən yeriməyə başlayanda
- Tarazlığı zəif olan yaşlılarda yıxılma riskini azaltmaq üçün
Diqqət
- Hündürlük xəstənin boyuna görə tənzimlənir
- İlk addımların fizioterapevtlə atılması tövsiyə olunur
Tualet stulu
Qiymət soruş Tualet stuluÇarpayının yanında istifadə olunan, qabı çıxarılan tualet stulu.
Nə üçündür
- Hamama qədər getməsi çətin və ya təhlükəli olan xəstələr üçün
- Gecə saatlarında yıxılma riskini azaltmaq üçün
Diqqət
- Hər icarədən sonra dezinfeksiya olunur
Avadanlıq
Oksigen dəstəyi
Evdə oksigen terapiyası, davamlı və ya daşınan variantda.
Oksigen konsentratoru
13 ₼-dən / gün
Otaq havasından oksigen ayıraraq fasiləsiz verən cihaz, doldurmaq lazım gəlmir.
Nə üçündür
- Evdə uzunmüddətli oksigen terapiyası üçün
- Xroniki ağciyər xəstəliklərində həkim təyinatı ilə
- İnfeksiyadan sonrakı bərpa dövründə
Diqqət
- Elektriklə işləyir, enerji kəsilməsi ehtimalını nəzərə alın
- Axın sürətini yalnız həkim təyin edir; özbaşına artırmaq təhlükəlidir
- Cihazın yaxınlığında siqaret və açıq alov qəti qadağandır
Həkim təyinatı ilə verilir

Oksigen balonu
Qiymət soruş Oksigen balonuDaşına bilən, elektrik tələb etməyən oksigen mənbəyi.
Nə üçündür
- Evdən çıxarkən və nəqliyyat zamanı
- Konsentrator üçün ehtiyat variant kimi
- Qısamüddətli oksigen ehtiyacında
Diqqət
- Həcmi məhduddur, istifadə müddəti axın sürətindən asılıdır
- Şaquli vəziyyətdə və istilik mənbəyindən uzaqda saxlanılır
- Doldurma qaydası təhvil zamanı izah olunur
Həkim təyinatı ilə verilir
Avadanlıq
Tənəffüs avadanlığı
Tənəffüs yollarının təmizlənməsi və qeyri-invaziv ventilyasiya.

Tibbi aspirator
7 ₼-dən / gün
Tənəffüs yollarındakı ifrazatı sorub təmizləyən cihaz.
Nə üçündür
- Öskürək refleksi zəifləmiş xəstələrdə
- İnsultdan sonra udma pozğunluğu olan hallarda
- Traxeostomalı xəstələrin gündəlik qulluğunda
Diqqət
- İstifadə texnikası təhvil zamanı ailə üzvünə öyrədilir
- Kateter birdəfəlikdir və hər prosedurda dəyişdirilir
- Səhv texnika selikli qişanı zədələyə bilər, göstərişə əməl edin
Həkim təyinatı ilə verilir

BiPAP / CPAP aparatı
14 ₼-dən / gün
Maska vasitəsilə təzyiqli hava verən qeyri-invaziv ventilyasiya cihazı.
Nə üçündür
- Yuxuda nəfəs dayanması (apnoe) sindromunda
- Xroniki tənəffüs çatışmazlığında
- Xəstəxanadan sonrakı bərpa dövründə həkim təyinatı ilə
Diqqət
- Təzyiq parametrləri yalnız həkim tərəfindən təyin edilir
- Maskanın ölçüsü düzgün seçilməlidir, sızma müalicəni təsirsiz edir
- Maska və şlanq hər icarədə yeni verilir
Həkim təyinatı ilə verilir
Öskürtmə aparatı (cough assist)
15 ₼-dən / gün
Süni öskürək yaradaraq ağciyərdən ifrazatı çıxaran cihaz.
Nə üçündür
- Nevromüsküler xəstəliklərdə əzələ zəifliyi olduqda
- Öskürək gücü ifrazatı çıxarmağa çatmayan hallarda
- Təkrarlanan ağciyər infeksiyalarının qarşısını almaq üçün
Diqqət
- Rejim və təzyiq həkim tərəfindən müəyyən edilir
- İstifadə qaydası təhvil zamanı göstərilir
Həkim təyinatı ilə verilir
Avadanlıq
Nəzarət və infuziya
Həyati göstəricilərin izlənməsi və dərmanın dəqiq dozada verilməsi.

Pasiyent monitoru
9 ₼-dən / gün
Nəbz, qan təzyiqi, oksigen doyumu və EKQ-ni fasiləsiz izləyən cihaz.
Nə üçündür
- Vəziyyəti qeyri-sabit olan xəstələrin evdə izlənməsində
- Reanimasiyadan sonrakı keçid dövründə
- Göstəricilər kəskin dəyişəndə xəbərdarlıq siqnalı verir
Diqqət
- Həddlərin qurulması və nəticənin oxunması tibbi bilik tələb edir
- Evdə tibbi xidmət komandamız quraşdırır və ailəyə izah edir
Həkim təyinatı ilə verilir

Perfuzor / infuzomat
8 ₼-dən / gün
Dərmanı və ya mayeni saatda dəqiq həcmdə venaya verən nasos.
Nə üçündür
- Dozası dəqiq olmalı olan dərmanların verilməsində
- Uzunmüddətli infuziya tələb edən müalicələrdə
- Ağrı idarəetməsində fasiləsiz doza üçün
Diqqət
- Doza və sürəti yalnız həkim təyin edir
- Qoşulma və nəzarət tibb işçisi tərəfindən aparılır
- Təkbaşına istifadə üçün nəzərdə tutulmayıb
Həkim təyinatı ilə verilir
Satış
Satışda olan avadanlıq
Evdə istifadə üçün yeni avadanlıq. Qiymətlər dəyişə bilər, sifarişdən əvvəl dəqiqləşdirin.
Təzyiq ölçən aparatlar (tonometr)

B.Well PRO-30
80 ₼
Yarımavtomat tonometr: manjet əl armudu ilə şişirilir, ölçmə avtomatik aparılır.
- Universal manjet M–L (22–42 sm)
- Təzyiq səviyyəsinin rəngli şkalası
- Son ölçmənin yaddaşı

B.Well PRO-33
95 ₼
Bir düymə ilə işləyən avtomatik tonometr.
- Tam avtomatik ölçmə
- Şəbəkə adapteri ilə işləmək imkanı
- Batareyanın zəifləmə göstəricisi

B.Well PRO-35
100 ₼
Ölçmə tarixçəsini saxlayan avtomatik tonometr.
- 30 ölçmənin yaddaşı
- Təzyiq səviyyəsinin rəngli şkalası
- Şəbəkə adapteri ilə işləmək imkanı

B.Well MED-55
160 ₼
Ailədə iki nəfərin ölçmələrini ayrıca saxlayan avtomatik tonometr.
- 3check rejimi: ardıcıl üç ölçmənin ortası
- İki istifadəçi üçün yaddaş
- Manjetin düzgün taxılmasına nəzarət
- Micro USB ilə qidalanma

A&D UA-100
40 ₼
Daxili stetoskoplu mexaniki tonometr, tibb işçiləri üçün klassik seçim.
- Manjetə bərkidilmiş stetoskop
- Kalibrlənə bilən metal manometr
- Standart manjet 22–32 sm

A&D UB-202
130 ₼
Biləkdən ölçən kompakt avtomatik tonometr, səfərdə rahatdır.
- Bilək manjeti 13,5–21,5 sm
- 90 ölçmənin yaddaşı və orta göstərici
- Bərk qutu dəstə daxildir

A&D UA-888
150 ₼
Gündəlik ev istifadəsi üçün avtomatik tonometr.
- Tam avtomatik ölçmə
- Standart manjet 22–32 sm

A&D UA-777
190 ₼
Aritmiya və hərəkət göstəricisi olan avtomatik tonometr.
- Nizamsız ürək döyüntüsü göstəricisi
- Ölçmə zamanı hərəkət göstəricisi
- Manjetin vəziyyəti göstəricisi
- Şəbəkə adapteri dəstə daxildir

A&D UA-1200
220 ₼
Böyük ekranlı avtomatik tonometr, görməsi zəif olanlar üçün rahatdır.
- Böyük ekran və rəqəmlər
- Şəbəkə adapteri dəstə daxildir

A&D UA-1300
240 ₼
Nəticəni səslə deyən avtomatik tonometr.
- Səsli köməkçi
- Brayl şrifti ilə düymələr
- Böyük ekran
İnhalyatorlar (nebulayzer)

B.Well PRO-110
95 ₼
Uşaqlar və böyüklər üçün kompressorlu inhalyator.
- Uşaq və böyük maskası
- Burun üçün ucluq
- Aşağı səs səviyyəsi

B.Well PRO-115 «Qatarcıq»
105 ₼
Oyuncaq qatar formasında uşaq inhalyatoru, prosedur uşağa daha asan gəlir.
- Körpə, uşaq və böyük maskası
- Burun duşu dəstə daxildir
- Doğumdan istifadə üçün

Flaem Airmate
170 ₼
İtaliya istehsalı kompressorlu inhalyator.
- İki sürətli püskürdücü RF8
- Uşaq və böyüklər üçün yumşaq maskalar
- Burun ucluğu, aşağı səs
Flaem Ghibli Plus
190 ₼
İki rejimli kompressorlu inhalyator.
- RF6 püskürdücü, iki rejim
- Uşaq və böyük maskası

Flaem AeroFlaem
200 ₼
Ailə istifadəsi üçün kompressorlu inhalyator.
- Uşaq və böyük maskası
- Burun ucluğu

Flaem HospiNeb
370 ₼
Yüksək hava axını olan peşəkar inhalyator, gündə bir neçə prosedur üçün.
- Bütün dərmanların sürətli püskürdülməsi
- Uzunmüddətli intensiv istifadəyə uyğundur
Digər avadanlıq
Əlil arabası
480 ₼
Yeni, qatlanan əlil arabası.
- Qatlanan konstruksiya
- Ev və çöl istifadəsi üçün

Tibbi aspirator
800 ₼
Tənəffüs yollarının ifrazatdan təmizlənməsi üçün evdə istifadə olunan aspirator.
- Real axın 11 l/dəq
- Sterilizasiya olunan qab və borular
- Şəbəkədən işləyir

BiPAP / CPAP aparatı
1700 ₼-dən
Qeyri-invaziv ventilyasiya aparatı, parametrləri həkim təyin edir.
- Təzyiq 25 hPa-ya qədər
- Avtomatik başlama və yumşaq start
- Maskanın oturuşunu yoxlama funksiyası
Oksigen yastığı
140 ₼
Oksigeni saxlamaq və maska ilə vermək üçün yastıq, həkim təyinatı ilə istifadə olunur.
- Daşına bilən
- Elektrik tələb etmir
Oksigen balonçiki (aerozol)
5 ₼-dən
Maskalı kiçik oksigen balonçiki, qısamüddətli istifadə üçün.
- Həcm 2 litrdən 40 litrə qədər
- Maska dəstə daxildir
Addım-addım
İcarə necə işləyir
Müraciətdən avadanlığın geri götürülməsinə qədər altı mərhələ.
- 1
Müraciət
Zəng edin və ya forma göndərin, xəstənin vəziyyətini və nəyə ehtiyac olduğunu danışırıq.
- 2
Seçim
Həkim təyinatı varsa ona uyğun, yoxdursa ehtiyaca görə uyğun model seçilir.
- 3
Çatdırılma
Avadanlıq ünvana gətirilir, quraşdırılır və işlək vəziyyətə salınır.
- 4
İzah
İstifadə qaydası ailə üzvünə göstərilir, yalnız danışılmır, birlikdə sınaqdan keçirilir.
- 5
Dəstək
İcarə müddətində texniki problem yaranarsa əvəzləyirik.
- 6
Təhvil
Müddət bitəndə avadanlıq götürülür, təmizlənir və dezinfeksiya edilir.
İcarə haqqına daxildir
Əlavə ödəniş yoxdur
- Bakı üzrə çatdırılma və geri götürülmə
- Quraşdırma və işə salma
- Ailə üçün istifadə təlimatı
- İcarədən əvvəl və sonra dezinfeksiya
- Nasazlıq halında avadanlığın əvəzlənməsi
- Telefonla texniki dəstək
Təhlükəsizlik qaydaları
- Oksigen cihazının yaxınlığında siqaret çəkmək və açıq alov işlətmək qadağandır
- Oksigen axını, BiPAP təzyiqi və infuziya dozasını özbaşına dəyişməyin
- Cihazı yalnız təhvil zamanı göstərilən qaydada işlədin
- Elektrik cihazlarını su mənbəyindən uzaqda saxlayın
- Nasazlıq və ya qeyri-adi səs varsa istifadəni dayandırıb bizə zəng edin
Xəstənin vəziyyəti kəskin pisləşərsə: 103
Tez-tez verilən suallar
İcarə haqqında
Minimum icarə müddəti nə qədərdir?
Tariflər günlük hesablanır. Uzunmüddətli icarədə şərtlər fərqlənir, müraciət zamanı dəqiqləşdirin.
Həkim təyinatı olmadan avadanlıq götürə bilərəmmi?
Çarpayı və antidekubit döşək üçün təyinat tələb olunmur. Oksigen, BiPAP/CPAP, aspirator, monitor və perfuzor üçün isə həkim təyinatı lazımdır, bu cihazlarda parametrləri yalnız həkim müəyyən edə bilər.
Avadanlıq təmizdirmi?
Hər icarədən əvvəl və sonra dezinfeksiya olunur. Maska, şlanq və kateter kimi bədənlə təmasda olan hissələr isə hər dəfə yeni verilir.
Cihaz xarab olarsa nə olur?
Normal istifadə zamanı yaranan nasazlıq bizim üzərimizdədir, avadanlıq əvəzlənir. Zəng edin, gecikdirmirik.
Quraşdırma üçün əlavə ödəniş varmı?
Xeyr. Bakı üzrə çatdırılma, quraşdırma və geri götürülmə icarə haqqına daxildir.
İstifadəni bilmirik, öyrədirsinizmi?
Bəli. Təhvil zamanı tibb işçisi istifadəni ailə üzvü ilə birlikdə sınaqdan keçirir. Aspirator və oksigen kimi cihazlarda bu addım mütləqdir.
Avadanlıqla birlikdə tibbi qulluq da lazımdır, mümkündürmü?
Bəli. Evdə tibbi xidmət çərçivəsində həkim müayinəsi, tibb bacısı qulluğu, serum və fizioterapiya təşkil olunur.
Hansı avadanlığın lazım olduğunu bilmirsiniz?
Xəstənin vəziyyətini danışın, həkim təyinatına və evin şəraitinə uyğun variantı birlikdə seçək. Lazımsız avadanlıq təklif etmirik.


