Türkiyədən gələn professorla pulsuz LOR müayinə aksiyası – VİDEO

Alliance Clinic beynəlxalq əməkdaşlıq çərçivəsində növbəti dəfə pasiyentlərin sağlamlığına yönəlmiş xüsusi tibbi aksiyaya imza atıb. Klinikada Türkiyənin Başkent Universitetindən dəvət olunan tanınmış qulaq-burun-boğaz (LOR) mütəxəssisi, Prof. Dr. Levent Naci Özlüoğlunun iştirak edir. Pasiyentlər üçün pulsuz LOR müayinələri həyata keçirilib. Bu humanitar aksiya zamanı həm böyüklər, həm də uşaqlar müxtəlif qulaq, burun və boğaz xəstəlikləri müayinə olunublar. O cümlədən eşitmə zəifliyi, baş gicəllənmə, baş dönməsi və anadangəlmə problemlərlə bağlı müayinələr də həyata keçirilib. Aksiyanın əsas məqsədi əhalinin tibbi maariflənməsinə töhfə verməkdir. Həmçinin vaxtında diaqnoz qoyulmasına şərait yaratmaq və insanların keyfiyyətli tibbi xidmətlərə daha asan çıxışını təmin etməkdir.

Türkiyədən gələn tanınmış professor Bakıda
Türkiyənin tanınmış qulaq-burun-boğaz (LOR) mütəxəssisi, Prof. Dr. Levent Naci Özlüoğlu Bakıya gələrək Alliance Clinic-də xüsusi tibbi aksiyada iştirak edib. O, hazırda Başkent Universiteti Qulaq-Burun-Boğaz şöbəsində professor və şöbə müdiri olaraq fəaliyyət göstərir və bu sahədə illərin təcrübəsinə malikdir.
Professorun iştirakı ilə keçirilən qəbul zamanı müxtəlif yaş qruplarından olan pasiyentlər qulaq, burun və boğaz xəstəlikləri, həmçinin baş gicəllənmə, baş dönməsi, anadangəlmə və sonradan yaranan eşitmə zəifliyi kimi problemlərlə bağlı müayinə olunublar. Pasiyentlərə həm ilkin diaqnoz, həm də müalicə istiqamətləri ilə bağlı peşəkar tövsiyələr verilib.
Bakıda belə bir tanınmış mütəxəssisin fəaliyyət göstərməsi, həm də Azərbaycan və Türkiyə arasında tibbi əməkdaşlığın genişlənməsi, yerli pasiyentlərin dünya səviyyəli həkimlərin xidmətindən yararlanması baxımından mühüm hadisə kimi qiymətləndirilir. Aksiya çərçivəsində aparılan müayinələr təkcə sağlamlıq problemlərinin aşkarlanmasına deyil, həm də insanların tibbi maariflənməsinə xidmət edib.

Alliance Clinic-in baş həkimi ilə birgə müayinələr
Aksiya zamanı Alliance Clinic-in baş həkimi, estetik LOR cərrahı Op. Dr. Jalə Eyvazova da prosesdə yaxından iştirak edib. Tanınmış cərrah professorla birlikdə pasiyentlərin hər birini fərdi şəkildə müayinə edib. O, onların qulaq, burun və boğaz sağlamlığı ilə bağlı problemlərini qiymətləndirib.
Həkimlər birgə apardıqları müayinələr nəticəsində pasiyentlərə dəqiq diaqnoz qoyublar. Onlar həmçinin müalicə planları hazırlayıblar və profilaktik tədbirlər barədə tövsiyələr veriblər. Xüsusilə, eşitmə zəifliyi olan xəstələr üçün müasir yanaşmalar izah edilib. Allergik rinit və xroniki sinusit xəstələri üçün də tövsiyələr verilib. Badamcıq problemləri və estetik LOR əməliyyatına ehtiyacı olanlara xüsusi məsləhətlər təqdim edilib.
Bu əməkdaşlıq sayəsində pasiyentlər Türkiyədən gələn professorun təcrübəsindən faydalanıblar. Onlar həmçinin yerli estetik LOR cərrahının peşəkarlığından da yararlanıblar. Jalə Eyvazova bildirib ki, belə tədbirlər sadəcə müayinələrlə məhdudlaşmır, həm də insanlarda vaxtında həkimə müraciət etmə vərdişinin formalaşmasına xidmət edir.

Klinikadan gələcək planlar
Alliance Clinic rəhbərliyi bildirib ki, gələcəkdə də Türkiyədən və digər ölkələrdən ixtisaslı LOR həkimləri klinikaya gələrək pulsuz tibbi aksiyalar keçirəcəklər. Bu aksiyalar davamlı olacaq. Məqsəd əhalinin sağlamlığının qorunması və ən son tibbi xidmətlərin əlçatan olmasını təmin etməkdir.
Yeniliklərdən xəbərdar olmaq və yaxın vaxtlarda keçiriləcək aksiyalara qoşulmaq üçün Alliance Clinic-in rəsmi sosial şəbəkə hesablarını izləyin.
Aksiyadan hazırlanan videonu izləmək üçün linkə keçid edin.
Mövzular
- Alliance Clinic
- boğaz
- burun
- əməliyyat
- lor
- müalicə
- qulaq
- tibbi aksiyalar



