Onkomarkerlər

CA 125

Yumurtalıq xəstəliklərinin izlənməsində istifadə olunan marker.

Nümunə
Venadan qan (serum)
Aclıq
Aclıq tələb olunmur

Bu analiz nə üçün təyin edilir

  • Təyin olunmuş yumurtalıq xəstəliyinin gedişinin izlənməsi
  • Kiçik çanaqda aşkarlanmış törəmənin qiymətləndirilməsində, görüntüləmə ilə birlikdə

Nəticəni oxuyarkən nəyi nəzərə almaq lazımdır

  • CA 125 skrininq testi deyil: menstruasiya, endometrioz, mioma, hamiləlik və qaraciyər xəstəlikləri onu qaldırır.
  • Sağlam qadınlarda profilaktik məqsədlə tək başına təyin edilməsi tövsiyə olunmur.

Referans aralığı bu səhifədə niyə yoxdur

Bu testin «norma» aralığı cihazdan, metoddan, yaşdan və cinsdən asılıdır, eyni analizin aralığı iki laboratoriyada üst-üstə düşmür. Etibarlı olan yalnız öz nəticə vərəqinizdəki aralıqdır; internetdən götürülmüş rəqəmlə müqayisə lazımsız narahatlıq yaradır.

Ətraflı oxuQadın check-up-ı: tsiklin hansı günü müraciət etməli

Bu səhifə məlumatlandırma məqsədi daşıyır: diaqnoz qoymur və müalicə təyin etmir. Analizin sizə lazım olub-olmadığına və nəticənin nə demək olduğuna yalnız sizi müayinə edən həkim qərar verə bilər.

Bir yerdə daha sərfəli

Bu analiz aşağıdakı Check-Up paketlərinin tərkibindədir

Paketdə konsultasiya, görüntüləmə və onlarla laborator analiz bir gündə aparılır.