Xidmətlər

Terapiya: daxili xəstəliklər üzrə ilk müraciət ünvanı

2 dəqiqəlik oxunuş
Terapiya

Terapiya daxili orqanların xəstəlikləri ilə məşğul olan sahədir və əksər hallarda tibbi yolun başlanğıc nöqtəsidir. Şikayətin hansı sistemə aid olduğu həmişə aydın olmur — yorğunluq, çəki dəyişikliyi və ya uzun sürən hərarət onlarla fərqli səbəbdən yarana bilər. Terapevtin işi məhz bu qeyri-müəyyənliyi daraltmaqdır.

Praktikada bu o deməkdir ki, terapevt həm özü müalicə edir, həm də yönləndirir. Hallar çoxunda müalicə elə bu mərhələdə tamamlanır; dar ixtisas lazım olduqda isə xəstə artıq ilkin analiz və müayinə nəticələri ilə mütəxəssisə gedir — bu, həm vaxta, həm də təkrar müayinə xərcinə qənaətdir.

Hansı hallara baxılır

  • Tənəffüs yolları infeksiyaları, bronxit və pnevmoniya
  • Arterial hipertoniyanın ilkin qiymətləndirilməsi və izlənməsi
  • Mədə-bağırsaq şikayətləri — qıcqırma, qarın ağrısı, həzm pozğunluğu
  • Anemiya və qan göstəricilərindəki dəyişikliklər
  • Şəkərli diabetin izlənməsi
  • Qalxanabənzər vəzi pozğunluqlarının ilkin araşdırılması
  • Səbəbi bilinməyən yorğunluq, çəki itkisi və ya davamlı hərarət
  • Xroniki xəstəliklərin dövri nəzarəti

Qəbul necə keçir

Terapevt qəbulunun böyük hissəsini söhbət təşkil edir və bu təsadüfi deyil: şikayətin nə vaxt başladığı, nə ilə artdığı, hansı dərmanların qəbul edildiyi və ailə tarixçəsi diaqnozun istiqamətini müəyyən edir. Fiziki baxışdan sonra lazım olan analiz və görüntüləmə təyin edilir.

Klinikada laboratoriya və diaqnostika eyni ünvanda olduğu üçün analizlərin çoxu həmin gün verilir və nəticələr hazır olan kimi şəxsi kabinetə yüklənir. Bu, ikinci qəbulun daha məzmunlu keçməsinə imkan verir.

Nə vaxt terapevtə müraciət etməli

  • Şikayətiniz hansı ixtisasa aid olduğunu bilmirsinizsə
  • Hərarət üç gündən çox davam edirsə
  • Öskürək iki həftədən uzun sürürsə
  • Səbəbsiz çəki itkisi və ya artımı müşahidə edirsinizsə
  • Xroniki xəstəliyiniz varsa və dövri nəzarət vaxtı çatıbsa
  • Analiz nəticələrinizdə kənarlaşma görmüsünüzsə və izah lazımdırsa
  • Əməliyyat və ya stasionara qəbul öncəsi ümumi qiymətləndirmə tələb olunursa

Qəbula hazırlıq

Özünüzlə şəxsiyyət vəsiqəsi, əvvəlki analiz və müayinə nəticələri, qəbul etdiyiniz bütün dərmanların — vitamin və bitki mənşəli preparatlar da daxil olmaqla — siyahısını gətirin. Şikayətlərinizi əvvəlcədən qeyd etmək faydalıdır: qəbulda unudulan detal çox vaxt ən vacib detal olur.

Bəzi analizlər acqarına verilir. Analiz gözləyirsinizsə, randevu təsdiqində göstərilən hazırlıq qaydasına baxın.

Bu yazı ümumi məlumatlandırma məqsədi daşıyır və həkim müayinəsini, diaqnozunu və ya müalicə təyinatını əvəz etmir.

Oxşar məqalələr

  • Masabaşı işləyənlər üçün check-up

    Check-Up3 dəq oxunuş

    Masabaşı işləyənlər üçün check-up

    Bir şeyi əvvəldən demək lazımdır: beynəlxalq tövsiyələrdə «ofis işçisi üçün skrininq paneli» adlı ayrıca siyahı yoxdur. Masabaşı işləyən adamın yoxlanmalı göstəriciləri onun yaşına və risk faktorlarına görə müəyyən edilir — peşəsinə…

  • blefaroplastika

    Estetik Xidmətlər4 dəq oxunuş

    Blefaroplastika

    Gözlər insan üzündə emosiyaları ən aydın şəkildə ifadə edən, diqqəti üzə toplayan və ünsiyyət zamanı ilk nəzərə çarpan hissədir. İllər keçdikcə dərinin elastikliyinin azalması, əzələlərin…

  • Üz və boyun estetik əməliyyatları

    Estetik Xidmətlər3 dəq oxunuş

    Üz və boyun estetik əməliyyatları

    Üz və boyun estetik əməliyyatları yaşlanma ilə birlikdə ortaya çıxan dəri sallanması, qırışlar, həcim itkisi və üz konturunun pozulması kimi estetik problemlərin effektiv həllini təqdim…