Faydalı Məlumatlar

Qulaq müayinəsi uşaqlar üçün – Alliance Clinic-də

2 dəqiqəlik oxunuş
Qulaq müayinəsi uşaqlar üçün

Uşaqların sağlam inkişafında qulaq sağlamlığı mühüm yer tutur. Eşitmə qabiliyyəti yalnız gündəlik ünsiyyət deyil, həm də nitq inkişafı, öyrənmə və sosial bacarıqlar üçün əsas faktorlardan biridir. Buna görə də, qulaq müayinələri həm erkən diaqnostika, həm də ciddi problemlərin qarşısının alınması baxımından əvəzolunmazdır. Qulaq müayinəsi uşaqlar üçün bəzən qorxu və narahatlıqla assosiasiya olunur. Ancaq Alliance Clinic olaraq biz inanırıq ki, tibbi baxış yalnız diaqnostik deyil, eyni zamanda sevgi və güvən üzərində qurulmuş bir təcrübə olmalıdır. Bu inamı isə balaca pasiyentlərimizin üzündəki gülümsəmələr təsdiqləyir!

müayinə

Qulaq müayinəsi təkcə tibbi yanaşma deyil

Qulaq sağlamlığı uşaqların gündəlik həyatına birbaşa təsir edən vacib sahələrdən biridir. İstər eşitmə pozğunluqları, istər orta qulaq iltihabı, istərsə də müntəzəm profilaktik müayinələr – bu problemlərin vaxtında aşkarlanması uşağın inkişafında mühüm rol oynayır.

Amma bir çox valideynin qarşılaşdığı reallıq var:

“Uşaq həkimdən qorxur”, “müayinə zamanı ağlayır”, “davamlı narahat olur”…

Alliance Clinic-də biz bu qorxunu gülüşə çevirməyi bacarırıq.

Qulaq müayinəsi

Uşaqların psixologiyasına uyğun yanaşma

Bizim həkim heyətimizuşaq psixologiyasını dərindən bilən, empatiya və səbrlə yanaşan mütəxəssislərdən ibarətdir. Müayinələr zamanı:

  • Qorxu və stress yaradan ünsürlər minimuma endirilir
  • Uşaqla öncədən ünsiyyət qurulur, ona “oyun dili”ndə yaxınlaşılır
  • Valideynlərlə birgə rahat bir atmosfer yaradılır
  • Müayinənin hər mərhələsi sadə və izahlı şəkildə uşağa təqdim olunur

Hər bir müayinə bizim üçün sadəcə tibbi proses deyil, insani bir təmas və gələcəyə qoyulan sağlam təməldir. Müayinədən çıxan və həkim otağından sevinclə ayrılan uşaq bizim üçün ən gözəl göstəricidir.

tibbi proses

Müasir avadanlıq və doğru diaqnoz

Alliance Clinic-də qulaq müayinəsi zamanı istifadə olunan avadanlıqlar ən son texnologiyalara əsaslanır və beynəlxalq tibbi standartlara tam uyğundur. Bizim mütəxəssislərimiz audiometriya, otoskopiya, timpanometriya və digər ixtisaslaşmış testlərdən istifadə edərək hər bir uşağın eşitmə qabiliyyətini dərindən və dəqiq şəkildə qiymətləndirirlər. Bu testlər vasitəsilə eşitmə zəifliyi, orta qulaq infeksiyaları, qulaqcıqda maye toplanması və digər potensial problemlər erkən mərhələdə aşkarlanır.

Müasir tibbin imkanlarından maksimum istifadə etməklə biz, valideynlərin narahatlıqlarını aradan qaldırır, uşaqların sağlam inkişafını dəstəkləyirik. Ən vacibi isə, düzgün diaqnoz əsasında vaxtında edilən müdaxilə uşaqda nitq inkişafı və təhsil uğurları baxımından böyük əhəmiyyət daşıyır.

Qeydiyyat və ətraflı məlumat üçün
www.allianceclinic.az
Ünvan: Abbas Səhhət küçəsi 59/61
Telefon: +994 10 310 07 88

Mövzular

  • Alliance Clinic
  • boğaz
  • burun
  • əməliyyat
  • lor
  • müalicə
  • qulaq
  • Eşitm
  • müayinə
  • Otoskopiya
  • Pediatrik
  • qulaq sağlamlığı

Oxşar məqalələr