Tibbi şöbə

Nevrologiya

Baş ağrısı, onurğa xəstəlikləri, sinir sıxılmaları və insultdan sonrakı bərpanın izlənməsi.

Nevroloji şikayətlər çox vaxt «dözülən» şikayətlərdir: baş ağrısına dərman içilir, boyun ağrısı yorğunluğa yazılır, əllərdəki keyimə isə yatış vəziyyətinə. Halbuki bu əlamətlərin təkrarlanması sinir sisteminin konkret problemini göstərir və vaxtında müdaxilə çox vaxt cərrahi ehtiyacın qarşısını alır.

Şöbədə ən çox rast gəlinən qrup onurğa mənşəli ağrılardır — osteoxondroz yayılma tezliyinə görə tənəffüs infeksiyalarından sonra ikinci yerdədir. Müalicə dərmanla məhdudlaşmır: fizioterapiya və reabilitasiya şöbəsi ilə birgə plan qurulur.

Nevrologiya

Şöbənin baxdığı hallar

Siyahı tam deyil — şikayətiniz burada yoxdursa da müraciət edə bilərsiniz.

  • Onurğa və periferik sinirlər

    • Osteoxondroz
    • Fəqərəarası yırtıq və protruziya
    • Boyun və bel ağrıları
    • Sinir sıxılmaları (radikulopatiya)
    • Əl və ayaqlarda keyimə, yanğı hissi
  • Baş ağrısı və başgicəllənmə

    • Miqren
    • Gərginlik tipli baş ağrısı
    • Vestibulyar mənşəli başgicəllənmə
  • Mərkəzi sinir sistemi

    • İşemik insult və sonrakı bərpa dövrü
    • Hərəkət pozğunluqları
    • Yaddaş və diqqət şikayətləri
    • Yuxu pozğunluqları

Şöbədə

Aparılan müayinə və prosedurlar

  • Nevroloji müayinə və konsultasiya
  • Görüntüləmə müayinələrinin təyini və oxunması
  • Ağrı müalicəsi planının qurulması
  • İnsultdan sonrakı reabilitasiya proqramına yönləndirmə
  • Fizioterapiya ilə birgə müalicə planı
  • Evdə nevroloji müayinə — hərəkət məhdudiyyəti olan xəstələr üçün

Nə vaxt müraciət etməli

  • Baş ağrısı xarakterini dəyişibsə və ya tezləşibsə
  • Ətraflarda keyimə, güc itkisi və ya yanğı hissi
  • Hərəkət zamanı artan boyun və bel ağrısı
  • Tarazlıq pozğunluğu və təkrarlanan başgicəllənmə
  • İnsultdan sonra bərpa dövrünün planlaşdırılması üçün
Randevu al

Addım-addım

Qəbul necə keçir

İlk dəfə gəlirsinizsə, sizi nə gözlədiyini əvvəlcədən bilin.

  1. 1

    Tarixçə

    Ağrının yeri, xarakteri və nə vaxt artdığı dəqiqləşdirilir — diaqnozun böyük hissəsi bu mərhələdə formalaşır.

  2. 2

    Müayinə

    Refleks, hiss və əzələ gücü yoxlanılır.

  3. 3

    Görüntüləmə

    Göstəriş varsa KT və ya rentgen təyin edilir və nəticə həmin gün dəyərləndirilir.

  4. 4

    Müalicə

    Dərman, fizioterapiya və məşq proqramı birləşdirilir; nəzarət görüşü planlaşdırılır.

Nevrologiya

Şöbənin həkimləri

Profilində təhsili, iş təcrübəsi və qəbul saatları göstərilib.

Tez-tez verilən suallar

Nevrologiya haqqında suallar

  • Fəqərə yırtığı mütləq əməliyyat tələb edirmi?

    Xeyr. Hallar çoxunda konservativ müalicə və reabilitasiya kifayət edir; cərrahi qərar konkret göstərişlərə əsaslanır.

  • Baş ağrısı nə vaxt təhlükə siqnalıdır?

    Qəfil başlayan çox güclü ağrı, hərarət və ya şüur dəyişikliyi ilə müşayiət olunan ağrı təcili müraciət tələb edir.

  • Keyimə hissi nədən olur?

    Səbəb sinir sıxılmasından vitamin çatışmazlığına və qan dövranı pozğunluğuna qədər dəyişir — müayinə və analiz ayırd edir.

  • İnsultdan sonra bərpa nə qədər çəkir?

    Müddət zədənin sahəsindən və reabilitasiyaya nə vaxt başlanmasından asılıdır. Erkən başlanan proqram nəticəni əhəmiyyətli dərəcədə yaxşılaşdırır.