Fizioterapiya peşəsi dünyada 100 ildən artıqdır ki, fəaliyyətdədir. Ölkəmizdə də uzun illərdən bəri bu sahə xəstəliklərin müalicəsi üçün tətbiq olunur. Fizioterapiya reabilitasiyası, insanın xəstəliyinin yaxşılaşdırılması və sağlamlığının bərpa olunması üçün təyin edilmiş müalicə proqramı əsasında hədəflənən elektroterapiya, məşq, manuel terapiya, masaj, sağlam qidalanma, motivasiya kimi texnika və üsullardan dəstək alan müalicə üsuludur. Fizioterapiyadan əlavə bəzi xəstəliklərrin bərpa dövründə köməkçi vasitə kimi xəstələrə reabiliyasiya müalicə metodu da tətbiq olunur. Bu metod sayəsində xəstələrin hərəkət etmə, danışma və digər bu kimi funksiyaları xəstəliyin şiddətindən asılı olaraq qismən və ya tam şəkildə bərpa olunur.
Bakı bərpa mərkəzində xüsusi olaraq, biz də yaşlılar üçün xəstəliyin diaqnozuna uyğun olaraq fizioterapiya və geriatrik reabilitasiya xidmətlərinin ən yüksək standartlarını təklif edirik.
Geriatrik Reabilitasiya
Geriatrik reabilitasiya isə yaşlılarda fizioloji itkilər və ya müxtəlif xəstəliklər nəticəsində yaranan funksional pozulmaların qarşısını almaq, gecikdirmək və minimuma endirməkdir. Bu, funksional imkanlara çatmaq məqsədi ilə göstərilən xidmətlərin toplusudur.
Geriatrik reabilitasiya müxtəlif sahələr üzrə həkim və fizioterapevt, dietoloq, peşə terapevti və psixoloq kimi mütəxəssislərdən ibarət multidisiplinar komanda tərəfindən həyata keçirilməlidir.
Yaşlılara həm profilaktika, həm də müalicə məqsədilə fiziki müalicə və reabilitasiya xidmətlərinin göstərilməsini təmin edən Bakı bərpa mərkəzinin ixtisaslaşmış kadrları sizi ən yüksək səviyyədə fizioterapiya və reabilitasiya ilə təmin edir.
Geriatrik reabilitasiyanın əsas prinsipləri aşağıdakılardır:
- Funksional səviyyənin müəyyən edilməsi
- Dəyişən fiziologiyanın qiymətləndirilməsi
- Ailənin gözləntilərini təyin etmək
- Psixoloji vəziyyətin müəyyən edilməsi
- Xəstənin məqsədlərini və motivasiyasını müəyyən etmək
- Xəstələrin bir-birini təsir edən bir çox pozğunluğu ola biləcəyini bilmək.
- Diaqnoz deyil, müalicə və funksiya məqsədi daşıyır
- Funksiyanın bərpa oluna biləcəyini bilmək
- Tərəqqinin yavaş-yavaş baş verəcəyini bilmək
- Mövcud resursları və variantları qiymətləndirin
- Ən az sayda dərman istifadəsi
- Hərəkətsizliyin qarşısını almaq
- Tapşırıq üçün xüsusi məşq proqramının müəyyən edilməsi
- Onun sosial həyat üçün effektivliyinin artırılması
Mərkəzimizdə, göstərilən prinsiplər əsas götürülərək, hər bir xəstənin xəstəliyinə, xəstəliyin şiddətini nəzərə alaraq müalicə kursu təyin olunur. Kursun sonunda xəstəliyin şiddətindən asılı olaraq həyat üçün vacib olan funksiyalar bərpa olunur.