Dəriyə qulluq proqramları

İnsanın yaşı onun baxımı üz dərisindən bilinir. Bəzən yaşlı insanın üz dərisinə baxdıqda ona olduğu yaşı vermək olmur, Bu onun üz dərisinə yaxşı qulluq etməsinin göstəricisidir.

İnsanın yaşı onun baxımı üz dərisindən bilinir. Bəzən yaşlı insanın üz dərisinə baxdıqda ona olduğu yaşı vermək olmur, Bu onun üz dərisinə yaxşı qulluq etməsinin göstəricisidir. Dəriyə təbii vasitələrdən savayı bəzi proqram və prosedurların köməyilə qulluq etmək vacibdir. Çünki bəzən təbii vasitələrlə dəriyə dərindən qulluq etmək mümkün olmur. Ümumilikdə dərini cavan saxlamaq üçün nəm balansını həmişə stabil saxlamaq və yuxu, qidalanma rejiminə düzgün riayət etmək lazımdır.

Dərimizin təmizliyinə və baxımına təkcə estetik baxımdan deyil, sağlamlıq baxımından da diqqət yetirmək yaşlandıqca meydana gələcək qırışlar, deformasiyalar kimi problemlərin qarşısını almaq baxımından çox faydalıdır. Əks halda ultrabənövşəyi şüalar, makiyaj, sərbəst radikallar, siqaret, stress, hava dəyişikliyi və düzgün olmayan qidalanma kimi faktorlar dərimizə mənfi təsir edir və gənc yaşda belə yorğun və solğun görünməyimizə səbəb olur. Sağlam dəriyə qulluq orta hesabla 1-1,5 saat çəkir, bu müddət ərzində müvafiq olaraq süd və tonik təmizləmə, pilinq, ozon, buxar, serum, üz, maska, yüksək tezlikli və kremləmə prosedurları tətbiq edilir. Bu tətbiqlərlə dəri təmizlənir, tıxanmış məsamələr açılır, qan dövranı sürətlənir, dəri ölü hüceyrələrdən və qara ləkələrdən təmizlənir, nəm saxlama və hüceyrə yeniləmə prosesləri ilə təravətli və canlı bir görünüş yaranır. Dəriyə qulluq edərkən dərinin yaşına və ehtiyaclarına uyğun doğru məhsuldan istifadə etmək böyük əhəmiyyət kəsb edir.

Dərini Nəmləndirici Proqram: Xüsusilə quru, susuzlaşmış və canlılığını itirmiş dərilər üçün təklif olunan bir həlldir. Dərinin nemlilik qabiliyyətini artıran hialuron turşusupolihidroksi turşuları ilə zənginləşdirilmiş proqramdır.

Dərinin Yenilənməsi Proqramı: Elastikliyini, canlılığını və parlaqlığını itirmiş dəri üçün həyati vacib toxumaları canlandıran, nəmləndirən, təmizləyən və bərpa edən qulluq proqramıdır.

Yaşlanma Əleyhinə Proqram (Antiaging)

Dəridə xronoloji yaşlanma, günəş, hava çirkliliyi, qidalanma vərdişləri, reaktiv oksigen radikalları, siqaret çəkmə, metabolizm problemləri kimi daxili və xarici faktorlara bağlı deformasiya və qocalma əlamətlərini azaldan və qarşısını alan baxım proqramıdır.

Dəri Dartma Proqramı

Dərini sıxan, yenidən strukturlaşdıran və elastiklik qazanmasını təmin edən proqramdır. Xüsusilə üz, boyun, dekolte və əllərə tətbiq olunur.

Yeniliklərə Abunə Ol!

Dərc olunmuş yeni məqalədən ilk sən xəbərdar ol.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

everything's where you left it.

TİBBİ XİDMƏTİ EVİNİZƏ ÇAĞIRIN!