Kinezioteypinq xüsusi elastik sarğılar (bantlar) vasitəsilə həyata keçirilən ortopedik reabilitasiya metodu, bədənə tətbiq olunan müalicə üsuludur. Termoaktiv örtüklə təchiz olunmuş adheziv bantlar ağrını azaltmağa, əzələ və yumuşaq toxuma problemlərini aradan qaldırmağa və terapevtik prosesi sürətləndirməyə kömək edir.
Kineziotepinq Yaponiyada hazırlanmış bir üsuldur və kineziologiya prinsiplərinə əsaslanır. Əsasən, elastik bir pambıq banddan istifadə edərək əzələlərə və oynaqlara dəstək verir. Bu lentlərin yapışqanlığı insan dərisinə bənzəyir və dəri altında qan və limfa axını artıraraq sağalmanı təşviq edir. Kineziotepinq ağrıları azaltmaq, əzələ balansını bərpa etmək, hərəkət diapazonunu artırmaq və idmançıların performansını yaxşılaşdırmaq üçün istifadə olunur.
Bəs necə işləyir?
Kineziotepinqin təsiri dəri altında qan və limfa dövranını artırmaqla əldə edilir. Əzələlərə, oynaqlara lentlər tətbiq edildikdə, dərinin altında bir qədər uzanma əmələ gətirir. Bu uzanma qan və limfa axını artırır, daha çox oksigen və qida maddələrinin toxumalara daşınmasına imkan verir. O, həmçinin əzələlərin və oynaqların sabitliyini artırır, zədə riskini azaldır.
Kineziotepinqin faydaları
Zədələrin qarşısının alınmasında kömək olur. Belə ki, kinezioteypinq əzələ və oynaq sabitliyini artıraraq idman zədələrinin qarşısının alınmasında təsirli rol oynayır. Xüsusilə təkrarlanan hərəkətlərlə idmanda zədə riskini azalda bilər.
Yapışqan bantlar, ağrılı bölgələrə tətbiq edildikdə, sinir uclarına təzyiqi azaldır və ağrıları aradan qaldırır.
Kinezioteypinq metodu əzələ zədələnmələri, əzələ gərilməsi, oynaq kapsulu zədələnmələri, kontrakturalar və əməliyyat sonrası reabilitasiyada istifadə olunur.
Ağrı əleyhinə yönəldilmiş, ödəmin azalmasını sürətləndirən və bərpa prosesinə yardım edən yeni nəsil preparatdır.
Tərkibi 100% pambıqdan ibarət olub 4-6 gün ərzində təsirini saxlayan və elastikliyi 50-70% olan hipoallergen xüsusiyyətli kinezioteyplər suya davamlı olur və gündəlik işlərlə məşğul olmağa mane olmur.
Kinezioteyplər oynaq ağrıları, dayaq hərəkət sistemi zədələnmələrində, küt ağrılarda uğurla tətbiq edilir.
Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.