Uşaqlarda chek-up

Müəyyən fasilərlə müntəzəm mayinələr, fiziki müayinələr və yoxlanma üçün laborator analizlər ilə chek-up vacib bir tələb halına gəlir. Müəyyən yaşlarda daha çox qarşımıza çıxan, uşaqların sağlam böyüməyini və inkişafına maeə yaradan xəstəlikləri əvvəlcədən təyin etmək üçün bəzi müayinə və analizlər edilir.

Boy, çəki və baş çevrəsinin böyüməsini izləmək müntəzəm olaraq edilməli olan müayinələr arasındadır. Pediatrlar neonatal dövrdə başda tiroid və fenilketonuriya olmaqla metabolik xəstəliklərin yoxlanılmasını məsləhət görürlər. Uşaqlara bir yaşa qədər hər ay, 1-2 yaş arasında hər 3 ayda bir, daha sonra isə hər 6 ayda bir rutin chek-up olunmalıdır. Pediatrlar 6ay-1 yaş arasında qanın ümumi analizi və sidiyin kültürünü etdirmeyi məsləhət görürlər.

Chek-up müayinəsi üçün getməmişdən 12 saat əvvəl ac olmaq lazımdır.Tam 12 saat aclıq məsləhətdir.

Axşam saat 21:00-dan sonra (qatı, maye, spirt, siqaret) heç bir qida və ya maddə qəbul edilməməlidir

Saat 21:00-24:00 arasında ehtiyac üçün yalnız su içmək olar. Lazım olduğundan artıq su içmək olmaz.

Uşaq chek-up paketi

Xərçəng aşkarlama analizi (3 ədəd)

   LDHÜrək və qaraciyər xəstəliklərinin diaqnozunda istifadə olunur. Xərçəng xəstələrində LDH səviyyəsinin yüksək olması xərçəngin daha da ağırlaşdığı barədə fikir verə bilər. LDH 95 % halda artır.
Kalsium(Ca)Kalsium Hiperparatireoz, bədxassəli xəstəliklər, D vitamini intoksikasiyası, Paget xəstəliyi (Sümük deformasiyası), immobilizasiya, tirotoksikozda sümük əriməsi, tiroid (guatr) xəstəlikləri, böyrək çatışmazlığı, maqnezium azlığı, böyrək funksiyası pozğunluğu və s.
CEAYoğun bağırsaq, rektum, ağciyər, döş, qaraciyər, pankreas, prostat, mədə və yumurtalıq xərçənglərində göstərici arta bilər. Bu, ümumi bir xərçəng müayinəsi testidir. 

Revmatizm və infeksiya analizləri (4 ədəd)

ASOƏvvəlki streptokok infeksiyasını göstərir. Revmatikaraşdırma testidir.
cRP(C-reaktiv zülal)cRP revmatik xəstəliklərdə aktivliyin ən yaxşı göstəricilərindən biridir və  İnfeksiyanın mövcudluğunu göstərir
RFRevmatoid artrit diaqnozunda RF (rematoid faktor) istifadə olunur.
EÇSEritrositlərin çökmə sürəti-İltihabi xəstəliklər, revmatik xəstəliklər, kəskin və xroniki infeksiyalar, bədxassəli şişlər, revmatoid xəstəliklər,gizli daxili qanaxma və ya mədə qanaması kimi xəstəliklərin diaqnozunda istifadə olunur.

Yoluxucu xəstəliklər və hepatit (4 ədəd)

HBsAgHBsAg İnsanda aşkar edilən hepatit B antigeninin keyfiyyətcə təyini  üçün test.
Anti-HBsHBsAg-a qarşı antikorlarını göstərən kəmiyyət testidir. HBs Peyvənd nəzarəti, immunitet nəzarəti.
Anti-HCVAnti HCV (Hepatit C Virusu), HCV-ə qarşı antikorların aşkarlanması üçün keyfiyyətli bir testdir.
Anti HAV İgMHAV İgM insanda hepatit A antigeninin keyfiyyətcə aşkarlanması üçündür.

Anemiya analizləri (19 ədəd)

Ümumi qan analizi (Hemogram 18 Parametr) Cəmi 18 qan testindən ibarətdir. Ümumi qan analizi ən çox tələb olunan əsas analizlərdən biridir.Qan analizi nəticəsi hematoloji və digər sistemlərlə əlaqədar çox əhəmiyyətli məlumatlar verir. Leykositlər (ağ qan hüceyrələri) iki əsas qrupa bölünür: Granulositlərin tərkibində neytrofillər, bazofillər və eozinofillər, Ağranulositlər isə lenfositlər və monositlərdir. Leykositlər bədəndəki infeksiyalarla mübarizə aparır və fagositoz prosesini həyata keçirirlər. Eritrositlərin (qırmızı qan hüceyrələri) vəzifəsi oksigeni ağ ciyərdən bədən toxumalarına daşımaq və karbon dioksidi toxumalardan ciyərlərə geri qaytarmaqdır. Eritrositlərə gəldikdə, Hb, Hct, MCV, MCH, MCHC analizləri aparılır. Anemiyada eritrosit sayı, Hb və Hct dəyərləri azalır. MCV, MCH, MCHC aşkarlama  parametrləri deyil.
Periferik Smear (Formula Leykosit)Qan hüceyrələrinin morfoloji quruluşunun , leykoz və Trombosit xəstəliklərinin erkən diaqnozunda lazımdır.

Biokimya və mirobiologiya analizləri (9 ədəd)

Trigliserid (Qan Yağları)Artan trigliserid səviyyələri və xolesterol ateroskleroz üçün risk faktorlarıdır. Trigliserid və xolesterol dəyərlərini birlikdə qiymətləndirmək daha mənalıdır. İnsan plazmasının əsas yağ elementidir.
Ümumi BilirubinÜmumi Bilirubin; Serumda bilirubin səviyyəsindəki artım, hemoqlobinin parçalanma sürəti artdığı zaman və ya qaraciyər normal miqdarda istehsal olunan bilirubini xaric edə bilmədikdə görülür, dəri rəngində sarılığa səbəb olur.
Birləşmiş BilirubinPankreas başı xərçəngi, ümumi öd kanal daşları və Dubin-Johnson Sindromunda birbaşa bilirubin səviyyəsi artır.
Qeyri-düz(sərbəst) BilirubinQeyri-düz(sərbəst) bilirubin dəyərləri ümumi bilirubin ilə müşayiət olunur.
Nəcisin MikroskopiyasıNəcisin mikroskopla müayinəsi, parazitlərin və onların yumurtalarının, qurdların və parazitlərin aşkarlanması və diaqnozu, həzm, iltihab və gizli qanaxma diaqnozu, ishala səbəb olan mikrobların aşkarlanmasıdır.
GGKGizli daxili qanaxma və ya mədə qanaması kimi xəstəliklərin diaqnozunda istifadə olunur.
Boğaz yaxmasıBoğazdakı infeksiya,beta mikrobu,tonzillit kimi yuxarı tənəffüs yolları xəstəliklərini təyin edir.
Total IgEBədənimizdəki hər hansı bir qida, toz və ya hər hansı maddəyə qarşı allergiyamızın olub olmadığını göstərir.
QlukozaQan şəkəri-diabet xəstəliyinin aşkar olmunmasında istifadə olunur.

Böyrəyin funksioanal analizləri (4 ədəd)

KreatininKreatinin səviyyəsinin yüksəlməsinə  səbəb böyrək disfunksiyası, əzələ xəstəlikləri, şok, dehidratasiya, hipertireoz, akromeqaliya və nəhənglik, ət tipli qidaların qəbulu, qanda kreatinin səviyyəsinin azalması, əzələ kütləsinin azaldılması, ağır qaraciyər xəstəliyi, qeyri-kafi protein qəbulu və hamiləlik daxildir.
Ümumi sidik analiziÜmumi sidik-sidik çöküntüsü, sidikdəki şəkər, protein, albümin, nitrit, keton, urobulin, urobilinogen, PH, sıxlıq, rəng, sıxlıq, iltihab, daş və ya qum tökmə kimi böyrək və sidik yolları xəstəliklərinin diaqnozu.
Urik asidGut xəstəliyi, böyrək çatışmazlığı, alkoqolizm, leykoz, aclıq, down sindromu, qurğuşun zəhərlənməsi,ağır idman və yüksək purinli pəhrizlərdə arta bilər.
KreatininKreatinin səviyyəsinin yüksəlməsinə  səbəb böyrək disfunksiyası, əzələ xəstəlikləri, şok, dehidratasiya, hipertireoz, akromeqaliya və nəhənglik, ət tipli qidaların qəbulu, qanda kreatinin səviyyəsinin azalması, əzələ kütləsinin azaldılması, ağır qaraciyər xəstəliyi, qeyri-kafi protein qəbulu və hamiləlik daxildir.

Qaraciyərin funksional analizləri (3 ədəd)

SGOT (AST)SGOT- Ürək, qaraciyər, skelet əzələsi, böyrək, beyin, pankreas, dalaq və ağciyər toxumalarındakı zərərləri təyin edir. Səviyyə hüceyrə zədələnməsindən sonra 12 saat ərzində yüksəlir.
SGPT (ALT)SGP-Əsasən qaraciyər xəstəliklərinin diaqnozunda, həmçinin hepatit müalicəsinin, aktiv postnekrotik sirozun və müalicədən sonrakı dərman təsirlərinin monitorinqində istifadə olunur. Hər hansı bir səbəbdən kəskin qaraciyər hüceyrəsi ölümündə, şokda, ürək çatışmazlığında və böyük travmada səviyyələr artır. Siroz, obstruktiv sarılıq, qaraciyər şişləri, diffuz miyokard infarktı, miokardit, əzələ distrofiyası, preeklampsiya, əzələ travmaları, qaraciyər yağlılığı, xroniki alkoqol istifadəsi, ağır yanıqlar və ağır pankreatit hallarında səviyyələri artır.
Qələvi Fosfataz (ALP)ALP Qaraciyər və sümük xəstəliklərinin qiymətləndirilməsində öd kisəsi, qaraciyər içi və qaraciyərdənkənar xolestaz, siroz, hepatit, infeksion mononükleoz, Paget(sümük deformasiyası) xəstəliyi, metastatik sümük şişləri, sümük sınıqları kimi qaraciyər xəstəliklərində artır və pankreas funksiyasını yoxlayır.

Ultrasəs müayinələr (8 ədəd)

Bütün Abdominal Ultrasəs (USG)Xüsusi bir rentgenoloq həkimi tərəfindən bütün daxili orqanların görünüşü, qaraciyər, dalaq, öd kisəsi, öd yolları, böyrəklər, pankreas, sidik sistemi, yumurtalıqlar, sidik kisəsi, prostat və s. qum ,daş,kist kimi halların aşkarlanması.
Yuxarı və aşağı Abdominal UltrasəsYuxarı və aşağı qarın boşluğundakı orqanların müayinəsi
Ağciyər Ürək Aorta Filmi (Qrafiya)Ağciyər Filmi Ağciyər xəstəlikləri, ağciyərdə şiş və lezyonun təyin edilməsi, sətəlcəm və vərəm kimi xəstəliklərin diaqnozu.
EKQ (Elektrokardioqrafiya)EKG Ürək əzələsi və neyrotransmissiya sisteminin müayinəsi, ürək ritminin pozulması, infarkt diaqnozu.
Böyrək ultrasəs (USG)Böyrəkdə kistaların və daşların təyin edilməsi, fiziologiyanın müayinəsi.
Qaraciyər ultrasəs (USG)Qaraciyər piylərinin böyüməsi, qaraciyərdə kist meydana gəlmələri, fizioloji dəyişikliklərin təyin edilməsi.
Dalaq ultrasəs (USG)Dalaq orqanımızın ətraflı ultrasəs müayinəsidir.
Pankreas ultrasəs (USG)Mədəaltı vəzin orqanının ətraflı ultrasəs müayinəsidir.

Həkimin müayinə nəticələrini qiymətləndirməsi

Laboratoriya həkiminin qiymətləndirməsiAnaliz və müayinə nəticələri laboratoriya mütəxəssisi tərəfindən qiymətləndirilir, lazımi izahatlar, təklif və tövsiyələr verilir və anormal nəticələr barədə müvafiq sahə həkiminə yönləndirilir, nəticələr normaldırsa müayinəyə göndərilmir.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

everything's where you left it.

TİBBİ XİDMƏTİ EVİNİZƏ ÇAĞIRIN!