Travmatologiya və ortopediya tibbin insan orqanizminin dayaq hərəkət sistemin funksiyalarının, dayaq hərəkət sistemi xəstəlikləri və zədələnmələrini cərrahi və konservativ üsullarla müalicə edən sahəsidir. Tibbin bu sahəsi eyni zamanda bu xəstəliklərin və yaralanmaların qabağının alınması baxımından da qoruyucu həkimlik sahəsi olaraq da önəmli vəzifələri üzərinə götürmüşdür.
Travmatologiya sözü latın dilindən götürülmüş və zədələnmə, xəsarət alma ilə bağlı elm sahəsi olaraq bilinməkdədir. Ortopediya sözü latın dilindən olan “Orthos” (düzgün) və “Pedios” (uşaq) sözlərinin birləşməsindən yaranmışdır. Travmatologiya qəza sonrası xəsarət almış və yaralanmış dayaq hərəkət sistemi elementlərinin qəza öncəki funksiyalarının bərpası və xəsarət alan şəxsin həyatını qurtarmağa xidmət edir. Ortopediya dayaq hərəkət sistemi xəstəliklərindən yoxsun düzgün və sağlam vücuda sahib fərd eldə etməyi hədəfləməktədir.
Hərəkət sistemimiz Skelet (sümük və oynaqlar) olaraq onurğa və buna yuxarıda döş qəfəsi vasitəsi ilə bağlanmış yuxari ətraflardan (çiyin, qol, ön qol, əl) və aşağıda pelvis (çanaq sümükləri) ilə bağlanmış aşağı ətraflardan (bud, baldır, ayaq) ibarətdir. Onurğanın boyun bölgəsi başı, döş hissəsi ağciyər, ürək, qida borusunu və böyük damarları qoruyan döş qəfəsini və yuxarı ətrafı saxlayır. Bel və sakral bölgə pelvis ilə birlikdə qarın boşluğu orqanlarını saxlayır və qoruyur. Onurğa sütunu qəbul etdiyi bütün ağırlığı aşağı ətraflar vasitəsi ilə yerə ötürür.
Dayaq hərəkət sisteminin digər önəmli komponenti olan əzələlər skeletdə sümüklərin çıxıntılı yerlərinə və ya əzələlər üçün olan xüsusi səthlərə bağlanaraq başlar və ən az bir bəzən iki oynağı keçərək eyni qaydada vətər vasitəsi ilə və ya birbaşa olaraq sümük səthinə bağlanırlar. Əzələlərdəki yığılmalar oynaqlarda hərəkətə səbəb olurlar. Oynaqlardakı hərəkəti kontrol etmək üçün bu hərəkətləri edən əzələlər və bunlara qarşı əks fəaliyyət göstərən əzələ qrupları var. Əzələ yığılmaları baş beyin və onurğa beyin kontrolunda periferik sinirlərin siqnali ilə baş verir. Baş beyin kontrolunda problem yaranarsa və onurğa kontrolu dominant hala keçərsə qeyri iradi istənməyən əzələ yığılmaları meydana çıxar.
Dayaq hərəkət sistemi sıx qan damar şəbəkəsi ilə təchiz olunmuşdur. Arterial damarlar ətraflara arterial qanı (oksigen və qida maddələri ilə zəngin) ürəkdən gətirir, venoz damarlar venoz qanı (oksigen və qida maddələrindən yoxsun) ürəyə aparır. Sümüklər də qan damarları ilə zəngin təchiz olunmuşdur.
İnsan orqanizmdəki sümüklər canlı toxumalardır və davamlı olaraq yenilənirlər ancaq biz bunu hiss etmirik. Skelet sisteminin qan hüceyrələrinin yaranmasında, kalsium və fosfor mübadiləsində önəmli funksiyaları var.
Dayaq hərəkət sistemində normalda ağrısız hərəkət etmək qabiliyyəti vardır. Hərəkətlər və ya istirahət vaxtı davamlı olaraq olan ağrılar patolojik vəzıyyətdir. Ağrı ilə birlikdə hərəkətlərdəki çətinliklər və məhdudiyyətlər dayaq hərəkət sistemindəki xəstəliklərdən xəbər verir. Oynaqlardakı davamli olaraq səslərin eşidilməsi və səslə birlikdə ağrıların olması, sümük və oynaqlar üzərində şişlik, qizartı, temperatur artışı xəstəliklərin digər mühüm əlamətləridir. Əzələ gücündə azalma, hissiyyatin azalması, keyimə, iynəbatma hissi olması sinir funksiyalarında problem olduğunu göstərir. Axsama, topallayaraq gəzmək skelet, əzələ və ya sinir sisteminin bir probleminin nəticəsi olaraq qarşımıza çıxa bilər. Əzələlərdə həcm azalması (atrofiya) istifadə olunmamağa və ya az istifadə olunmağa, sinir və qan təchizatındakı problemlər, metabolik xəstəliklər sonrasinda əmələ gələ bilər. Yuxarı və aşağı ətrafların uc hissələrindəki rəng dəyişməsi, soyuqluq və ya göyərmə qan dövranı sisteminə bağlı patolojini göstərir.
Patologiya və müalicə üsullarındakı müxtəliflik səbəbiylə son illərdə travmatologiya və ortopediya sahəsində dar ixtisaslaşma baş vermişdir:
- onurğa cərrahiyyəsi
- əl cərrahiyyəsi və mikrocərrahiyyə
- artroplasti cərrahiyyəsi (oynaqların endoprotezləşməsi)
- artroskopik cərrahiyyəsi (oynaqların kamera köməyi ilə qapalı müayinə və müalicəsi)
- çiyin və dirsək oynaq cərrahiyyəsi
- ortopedik onkoloji (dayaq hərəkət sisteminin şiş xəstəlikləri)
- ayaq cərrahiyyəsi
- pediatrik ortopediya (uşaqlarda görülən xəstəliklər)
- deformitə cərrahiyyəsi (ətrafların əyriliklərinin və şəkil dəyişiklərinin müalicəsi)