Siz və ya yaxınınız evdə nəfəs almağı asanlaşdırmaq üçün oksigen balonundan istifadə edirsinizsə, balonun istifadə qaydasını bilmək lazımdır. Bu yazımızda oksigen balonunun istifadəsi haqqında danışacağıq.
Ümumi tədbirlər
Əllərinizi oksigen təmasından əvvəl və sonra yuyun. Əlləriniz alkaqollu dezinfeksiyaedici bir parçayla silmisinizse və hələ də qurumayıbsa oksigen balonuna toxunmayın. Əlləriniz tamamilə quruduqdan sonra toxuna bilərsiniz.
təchizatçıya cihazın istifadəsi ilə bağlı suallarınızı ətraflı şəkildə vermeyi unutmayın
cihazı və balonu təmiz saxlayın, beləliklə avadanlığın üzerində bakteriya meydana gəlməyinin qarşısı alınır
cihazınızın necə təmizlənməyini təchizatçıdan soruşun
Birinci addım – nəzarət
- Kompressorlu borudan istifadə edirsinizsə çənin təzyiqini tənzimləyin. Digər növ cihazlarda aç-bağla düyməsi işinizi asanlaşdırar.
- Oksigen göstəricini yoxlayın və silindrde kifayər qədər oksigen olduğundan əmin olun. Təchizatçı borunun nə zaman doldurulmağını sizə əvvəlcədən bildirməlidir. Ya da müntəzəm bir cədvələ uyğun boru boşalmadan əvvəl sizinlə əlaqə yaradarq borunu doldurmağa gələcəkdir.
- Nəmləndirmə vahidinin səviyyəsini yoxlayın. Göstərici orta səviyyəyə və ya aşağı düşübsə, bölməni saf və ya distillə edilmiş suyla doldurun. Bakteriyanın meydana gəlməyinin qarşısını almaq üçün şüşənin hansı tezliə dəyişilməsini təchizatçıdan öyrənin.
İkinci addım – Boruların bağlanmağı
- Nəfəs yoluna gedən borunu müvafiq şəkildə oksigen borusuna bağlayın
- Borunun əyilmədiyinə və ya oksigen axınına hər hansı mane olmadığına əmin olun
Üçüncü addım – Axın sürətini tənzimləyin
- Həkim tərəfindən təyin olunan oksigen axını tənzimlənir
- Təchizatçı və ya həkimin təsdiqi olmadan bu tənzimi dəyişməyin
Dördüncü addım – Borunun nəfəs yoluna daxil edilməsi
- Həmişəki kimi burunla normal nəfəs alınız
- Oksigenin gəldiyindən əmin deyilsinizsə sadə test edin. Borunu su ilə dolu stəkanın içinə tutun. Boruda axın varsa qabarcıqlar əmələ gələcəkdir.
Oksigen cihazının təhlükəsiz istifadəsi
Evdə oksigen balonundan istifadə edirkən bütün təhlükəszilik qaydalarına riayət edin.
- Yanan alova 3 m-dən artıq yaxınlaşmayın. Yanmayan atəş mənbələrinə isə 1,5 m-dən çox yaxınlaşmayın.
- Siqaret çəkməyin. Siqaret çəkənlərə çox yaxınlaşmayın
- Oksigen çənini qazlı, elektrikli sobalardan və qazlı, elektrikli qızdırıcı mənbələrdən ən azı 1,5 m məsafə uzaqda tutun(saxlayın).
- Otağın qapısını açıq saxlayın. Beləliklə mühitin hava axını təmin edilər və otağın havasızlığının qarşısı alınmış olar.
- Oksigen cihazınızın zərbə almaması və yıxılmamasına diqqət edin.
- Oksigen cihazınızı etibarlı yerdə dik saxlayın.
- Cihazınız zərbə alıb və səs verirsə dərhal cihazı söndürün.
- Tənzimləyiciniz işləmir və ya cihazı söndürə bilmirsinizə boruları çıxardın və otağı tərk edib dərhal təchizatçıyla əlaqə yaradın.
- Boruların ayağınıza dolaşmamağına diqqət edin
- Parafin, vazelin tərkibli krem və losyon istifadə etmıyin. Bu məhsullar oksigenlə təmas etdikdə yanıcı ola bilər. Cihazınızı bu cür məhsullarla eyni vaxtda istifadə etməyin.
- Oksigenlə ehtiyatsız davranmaq təhlükəlidir. Təchizatçının təlimatlarına əməl edin. Özünüzü və ətrafınızı riskə atmayın.
- Təcili vəziyyətə hər zaman hazır olun. Təchizatçı və təcili yardım əlaqə nömrələri daima yaxınınızda olsun.
Oksigen balonunun baxımı
Oksigen balonunun baxımı üçün təchizatçının tövsiyyələrini nəzərə alın o sizə cihazın fərqli hissələrini hansı tezlikdə dəyişilməli olduğunu izah edəcəkdir.
Nə zaman həkiminizə müraciət etməlisiniz?
- Dərinizdə solğunluq, dodaqlarınızda ya da dırnaqlarınızda mavi rəng hiss edilərsə
- Təngnəfəslik, nəfəsdə xırıltı ya da tənəsffüsdə anormal bir dəyişiklik olduğunda
- Diqqət dağınıqlığı, anormal narahatlıq, özünü idarə edə bilməmək kimi psixoloji hallar yaranarsa
- Döş qəfəsində ağrı olduqda vaxt itirmədən həkiminizə müracət edin