Evdə qan alma xidməti xüsusilə yaşlı xəstələrin evdəki komfort şəraitlərini tərk etməyərək qan verməklərini təmin edir. Beləliklə də yaşlı şəxs qan vermək üçün tibb müəssisəsinə getmək, qeydiyyatdan keçmək, sırasını gözləmək kimi prosedurlardan azad olur. Həmçinin xəstə qəbulu çox olan tibb müəssisələri nə qədər təmizlənib dezinfeksiya olsa da infeksiya yayılma riski yüksək olanyerlərdir. Bu xidmət sayəsində yaşlılar infeksiya tutmaqdan qorunurlar və əlbəttəki, eyni zamanda bu mobil xidmət vaxtdan gözlə görünəcək qədər qənaəti təmin edir.