Endokrin sistem bədənimizin normal həyat fəaliyyətini tənzimləyən sistemlərdən biridir. Bədənimizdə olan endokrin vəzilər bu sistemin parçalarıdır. Endokrin vəzlər həm öz aralarında həm də digər orqan və sistemlər arasında tarazlığı tənzimləyirlər. Bu iş endokrin vəzlərdən qana ifraz olunan hormon adlandırdığımız maddələr hesabına baş verir.
Endokrin sistem fiziologiyası və tiroid xəstəlikləri, şəkərli diabet, piylənmə, böyrəküstü vəzin, hipofiz və avtoimmun xəstəliklərinin müayinəsi və müalicəsi, eyni zamanda son standartlara cavab verən dəqiq hormonal laborator müayinələr həyata keçirilir.