Estetik cərrahiyyə

Estetik cərrahiyyə dedikdə xarici görün dəyişdirməsi məqsədilə edilən əməliyyatlar başa düşülür. Ancaq bəzən bu əməliyyatlar sağlamlıq üçün də vacib olur, belə ki bəzən bu əməliyyatlar vasitəsilə orqanik problemlər də aradan qaldırılır. Estetika sözünü elm aləminə Alman alimləri gətirsə də Estetik cərrahiyənin növü olan boyun və üz gərmə cərrahiyyəsinin yaranması və inkişafı Fransız cərrahlarının adı ilə bağlıdır. Gözəllik dünyasında elmin son “sıçrayış”larına aid rəsmi statistikaya nəzər salsaq, görərik ki, təbii gözəllik üzərində inqilab etmiş süni gözəlliyə – kosmetik əməliyyatlara dair statistik rəqəmlər heyrətedicidir. Məsələn, təkcə Parisdə kosmetik cərrahiyyə əməliyyatı ilə məşğul olan 200 mərkəz mövcuddur, və hər il bu mərkəzlərdə 60 min plastik əməliyyat aparılır. Dünyada ən çox edilən əməliyyat “Ritidektomiya” adlanan üz və boyun dərisinin dartılmasıdır. Bu əməliyyat növünün keçən əsrin əvvəllərində Avropada, daha dəqiq desək Fransada yaranmasına baxmayaraq, uzun müddət gizlin saxlanılmışdır. Lakin sonralar insanların bu sahəyə olan istək, və ehtiyacları nəzərə alınaraq artıq aşkara çıxarıldı. Beləliklər sahə inkişaf etdikcə hətta bir necə estetik əməliyyat birləşdirilərək edilməyə başlanıldı. Hətta əməliyyat etdirmək istəyib lakin sağlamlığı imkan verməyən insanlar üçün isə Alliance klinikasında əlliyyatsız prosedurların tətbiqinə başlanıldı. Estetik emeliyyatların növləri aşağıdakılardır. Hal – hazırda estetik əməliyyatlar Alliance klinikasının peşəkar həkimləri tərəfindən yüksək səviyyədə icra edilir.

Liposaksiya-bel, yan, qarın, əl, boyun və digər hissələrdəki artıq piylər üçün nəzərdə tutulan əməliyyat növüdür.

Estetik cərrahiyyənin “Blefaroplastik” növü isə gözətrafı dəridəki qırış və torbanı yox etmək üçün bir neçə kosmetik əməliyyatın birləşməsidir. Rinoplastik əməliyyat isə burunun kiçildilib ya da böyüdülərək yenidən formalaşdırılması, kiçik donqarın götürülməsi, burun deşiklərinin daraldılması, və burun ucunun incəldilib formalaşdırılması, eyni zamanda var olan septum əyriliklərinin düzəldilməsidir.

Estetik cərrahiyyənin digər növü isə “Abdominoplastiya”-dır. Bu əməliyyat qarın və göbək zonalarında ortaya çıxan artıq piy və dərinin alınması və qarın divarının incəldilib sıxışdırılmasıdır. “Auqmentasiya isə döşlərin ölçü və formalarının müxtəlif növdə məmə protezləri ilə gözəlləşdirilməsidir. Plastik cərrahi, estetik və rekonstruktiv cərrahiyyə ilə əlaqədardır. Estetik cərrahiyyə normal bədən strukturunu yenidən formalaşdıraraq insanın görünüşünü və özünü qavrayışını inkişaf etdirir.

Rekonstruktiv cərrahi isə doğuşdan ya da sonradan ortaya çıxan səbəblərlə meydana gəlmiş normal olmayan bədən strukturları üzərində tətbiq edilir və birinci məqsədi normal bədən strukturlarının funksiyalarını mümkün olduğu qədər geri gətirməkdir.

Alliance klinikasının estetik cərrahiyyə şöbəsidə də estetik əməliyyatlar və əməliyyatsız prosedurlar ixtisaslaşmış həkimlər tərəfində peşəkarlıqla icra edilir.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

everything's where you left it.

TİBBİ XİDMƏTİ EVİNİZƏ ÇAĞIRIN!