Evdə insult müalicəsi: Peşəkar və fərdi yanaşma

İnsult – beyində qan dövranının pozulması nəticəsində yaranan ciddi nevroloji bir vəziyyətdir. Ona görə bu xəstəlik həm fiziki, həm də emosional baxımdan xəstənin həyatına ciddi təsir edir. Evdə insult müalicəsinə gəlincə qeyd edək ki, xəstələrin xəstəxanada keçirdiyi müddət, bərpa prosesinin yalnız başlanğıcıdır, çünki bərpa müddəti evdə də davam etməlidir. Evdə insult müalicəsi xəstənin daha rahat və stressiz bir mühitdə sağalmasını təmin edir. Buna görə də Alliance Clinic insult keçirmiş xəstələr üçün evdə müalicə və reabilitasiya xidmətləri təqdim edir. Bu xidmətlər həm fiziki, həm də psixoloji dəstək təmin edərək, bərpa prosesini sürətləndirir və xəstənin həyat keyfiyyətini yaxşılaşdırır.

İnsult iki əsas növə ayrılır:

  • İskemik insult – Beyindəki damarların daralması və ya tutulması nəticəsində qan axınının dayanması ilə yaranır. Bu, ən çox rast gəlinən insult növüdür və ümumilikdə insult hallarında 85%-ni təşkil edir.
  • Hemorragik insult – Beyin damarlarının partlaması və qanaxma nəticəsində yaranır. Bu, daha nadir, lakin daha ağır fəsadlara səbəb olan insult növüdür.

İnsult yalnız xəstənin deyil, onun ailəsinin də həyatında ciddi dəyişikliklər yaradır. Xəstənin gündəlik fəaliyyətlərdə məhdudiyyətlər yaşaması, öz əsas ehtiyaclarını qarşılamaqda çətinlik çəkməsi ailə üzvləri üçün də böyük çətinliklər yaradır. Bu səbəbdən, insult keçirmiş xəstələr üçün müntəzəm və kompleks reabilitasiya proqramı vacibdir.

Alliance Clinic evdə insult müalicəsi və reabilitasiya xidmətləri təklif edir ki, bu da xəstələrin komfortlu, daha tez sağalmasına kömək edir. Peşəkar tibbi personalımız xəstələrin hərtərəfli müayinəsini aparır, onların vəziyyətini qiymətləndirir və fərdi müalicə planı hazırlayır. Fizioterapiya, loqopedik terapiya, psixoloji dəstək və tibbi baxım kimi kompleks yanaşma sayəsində xəstələr daha sürətli şəkildə normal həyatlarına qayıda bilirlər.

İnsultdan sonra ilk günlərdən başlayaraq düzgün reabilitasiya tədbirlərinin görülməsi xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq baxımından həlledici rol oynayır. Bu səbəbdən Alliance Clinic-in evdə müalicə xidməti xəstənin sağalma prosesini davam etdirmək, dəstək olmaq üçün nəzərdə tutulmuşdur.

Evdə insult xəstə baxımı niyə vacibdir?

İnsult keçirmiş xəstələrin əksəriyyəti xəstəxanada uzun müddət müalicə və reabilitasiya prosesindən keçir. Xəstəxanada verilən tibbi xidmətlər insultdan sonra xəstənin həyatını xilas etmək və ilkin bərpa mərhələsini keçirməyə kömək edir. Lakin, xəstəxanada keçirilən müalicə bir mərhələdir və sağalma prosesi yalnız bu mərhələ ilə məhdudlaşmamalıdır. Xəstə evə qayıtdıqda da müalicənin və reabilitasiyanın davam etdirilməsi çox vacibdir. Çünki ev şəraitində müalicə, xəstənin bərpa prosesini sürətləndirə və uzunmüddətli effektlər əldə etməyə kömək edə bilər.

Evdə müalicə və reabilitasiya insultdan sonra xəstənin daha sürətli və rahat bərpa olmasına kömək edən ən müasir yanaşmadır. Evdə bərpa proqramı tətbiq edilərkən, xəstənin çevrəsi və psixoloji vəziyyəti, həyat tərzi və ailə dəstəyi nəzərə alınır. Bu, xüsusilə xəstənin psixoloji rahatlığı və fiziki gücü baxımından əhəmiyyətlidir. Xəstəxanada bir çox insanın və tibbi avadanlığın olduğu mühit xəstənin psixoloji cəhətdən narahat olmasına və reabilitasiya prosesini çətinləşdirməsinə səbəb olur. Evdə müalicə isə xəstəyə tanış və komfortlu bir mühitdə həyata keçirilir. Bu da onun psixoloji vəziyyətini yaxşılaşdırmağa kömək edir və bərpa prosesini sürətləndirir.

Alliance Clinic olaraq biz, evdə insult müalicəsi üçün fərdi yanaşma tətbiq edirik. Hər xəstənin vəziyyəti unikal olduğundan, müalicə planımız hər bir xəstənin ehtiyaclarına uyğun hazırlanır. Xəstənin psixoloji vəziyyətinə və digər amillərə uyğun olaraq fizioterapiya, loqopedik terapiya, dərman müalicəsi və psixoloji dəstək xidmətləri təqdim olunur. Bu yanaşma sayəsində xəstələr ev şəraitində də intensiv və davamlı reabilitasiya alırlar.

Evdə xidmətin üstünlükləri aşağıdakılardır:

  1. Fərdi yanaşma – Hər bir xəstə üçün özünəməxsus müalicə və reabilitasiya planı hazırlanır.
  2. Davamlı tibbi nəzarət – Evdə müalicə prosesində xəstənin gündəlik vəziyyəti izlənilir. Həmçinin dərmanlar vaxtında verilir və lazım gələrsə, həkimlər tərəfindən təkrar müayinə edilə bilər.
  3. Fiziki və psixoloji dəstək – Həkimlər və terapevtlər xəstənin fiziki bərpasına paralel olaraq, onun psixoloji vəziyyətini də izləyir. Lazım olduqda psixoterapiyamotivasiya dəstəyi təqdim edirlər.
  4. Xəstənin rahatlığı – Evdə müalicə prosesi xəstənin öz mühitində baş verdiyi üçün daha rahat və stresssiz olur. Bu da onun daha tez sağalmasına səbəb olur.
  5. Ailə dəstəyi – Ailə üzvləri xəstənin yanında olub, ona nəzarət edərək bərpa prosesində aktiv iştirak edə bilərlər.

Bütün bu amillər evdə insult müalicəsinin vacibliyini göstərir və xəstənin sağalması üçün ən effektiv həllərdən biri olduğunu sübut edir. Alliance Clinic-in peşəkar həkim və tibb personalı xəstənin evdə müalicəsini optimallaşdıraraq bərpa prosesini daha sürətli, effektiv şəkildə həyata keçirir.

Alliance Clinic-in təklif etdiyi xidmətlər:

  1. Nevroloji müayinələr və fərdi müalicə planı – İnsultun fəsadlarının azaldılması və xəstənin vəziyyətinə uyğun hazırlanması.
  2. Fizioterapiya və reabilitasiyabərpaedici masaj və passiv gimnastika.
  3. Gündəlik baxımTibbi nəzarəti, dərman qəbuluna nəzarət və ümumi sağlamlıq vəziyyətinin monitorinqi.
  4. Psixoloji dəstək və sosial reabilitasiya – Xəstələrin depressiya və stressdən qorunması üçün peşəkar psixoloq dəstəyi.
  5. Nutritiv (qidalanma) dəstək – İnsult xəstələri üçün balanslaşdırılmış qidalanma planının tərtib edilməsi və dietoloq məsləhətləri.

Evdə insult müalicəsinin üstünlükləri:

  1. Xəstənin komfort mühitdə bərpası – Ev şəraitində müalicə xəstənin daha tez sağalmasına kömək edir.
  2. Fərdi və daimi nəzarət – Peşəkar həkimlərimiz hər bir xəstəyə fərdi yanaşma tətbiq edir.
  3. Yoluxucu infeksiyalardan qorunma – Xəstəxanaya gedib-gəlmədən müalicə xəstə üçün daha təhlükəsizdir.
  4. Xəstə və ailəsi üçün psixoloji rahatlıq – Ailə üzvlərinin daim xəstə ilə birlikdə olması müalicə prosesinə müsbət təsir edir.

Xidmətə necə yazılmaq olar?

Evdə insult xəstələrinin müalicəsi üçün Alliance Clinic müraciət etmək çox asandır. Bunun üçün:

Əlaqə nömrə: +99 412 310 07 88, +99 410 310 07 88
Veb sayt allianceclinic.az
Ünvan: Abbas Səhhət küç 59/61, Bakı

Peşəkar tibbi xidmətlərimizdən yararlanmaq və sevdiklərinizin sağalmasına dəstək olmaq üçün bizimlə əlaqə saxlayın!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

everything's where you left it.

TİBBİ XİDMƏTİ EVİNİZƏ ÇAĞIRIN!

casibom casibom giriş casibom güncel giriş
deneme bonusu veren siteler casino siteleri bantambagels ecomamahotel