Evdə Tibbi xidməti nədir?

Evdə qulluq xidməti yaşlı, əlil, yataq xəstələri, xroniki  xəstəliklərdən əziyyət çəkən və ya hər hansı əməliyyatdan sonra sağalma dövründə müalicəsinə dəstək olmaq mədsədilə xəstənin həyat keyfiyyətini yüksəltmək və həmin insanı cəmiyyətə qazandırmaq üçün lazım olan tibbi xidmətin xəstənin evində həyata keçirilməsidir.

Evdə qulluq xidməti yaşlı, əlil, yataq xəstələri, xroniki  xəstəliklərdən əziyyət çəkən və ya hər hansı əməliyyatdan sonra sağalma dövründə müalicəsinə dəstək olmaq mədsədilə xəstənin həyat keyfiyyətini yüksəltmək və həmin insanı cəmiyyətə qazandırmaq üçün lazım olan tibbi xidmətin xəstənin evində həyata keçirilməsidir. Fizioloji, psixoloji və tibbi baxım modelidir. Bu xidmət sahəsi xəstə insanların sosial həyatını yaxşılaşdırmaq məqsədi güdür. Görülən xidmətin məqsədinə uyğun olaraq əhatə dairəsi də dəyişir. Evdə qulluq xidmətlərindən istifadənin məqsədi insanı xarici faktorlardan qorumaq, müəyyən bir xəstəliyə diaqnoz qoymaq, xəstəliyi müalicə etmək və ya xəstəni reabilitasiya etmək üçün istifadə edilə bilər. Eyni zamanda bəzi xroniki xəstəliklərdə, əlillik və ya baxıma ehtiyacı olan yaşlı insanlar üçün uzun müddətli evdə qulluq xidməti tətbiq oluna bilər.

Evdə qulluq nəyi əhatə edir?

Evdə xəstələrə qulluq xidmətlərinin əhatə dairəsi kifayət qədər genişdir. Evdə qulluq xidmətlərindən aşağıdakı hallarda istifadə edilə bilər:

• Əməliyyatdan sonrakı yara baxımı

 • İnyeksiya tətbiqləri

 • Evdə sarğı • Evdə müayinə

 • Evdə laboratoriya testləri / diaqnostik testlər

 • Evdə həkim və tibb bacısı xidmətləri

 • Doğuşdan sonra körpəyə qulluq

 • Yaşlılara və əlillərə qulluq.

Evdə həkim və tibb bacısı xidmətləri, xüsusilə müəyyən xəstəliklərin müalicəsi zamanı tez-tez istifadə edilən qayğı xidmətlərini əhatə edir. Xəstəliklə bağlı sahə həkimi xəstəni evdə müayinə edir və müayinə nəticələri barədə xəstəyə məlumat verir. Evdə tibb bacıları tərəfindən də müəyyən analiz nümunələri götürülür, əsasən evdə tibbi xidmətə sidik analizləri, biokimya, EKQ, qan analizi və PCR də həkimlər tərəfindən müayinə daxildir. Bu müayinələrdən alınan nəticələr sayəsində xəstəyə  vəziyyətinə olan müvafiq müalicə planı hazırlanır. Evdə xəstə baxımı çərçivəsində həkimlər mütəmadi olaraq xəstəni evdə ziyarət edirlər. Ancaq hər xəstənin ehtiyacları fərqli olacağı üçün xəstələrə ani ziyarətlər də edilə bilər. Tibb bacısı xidməti müalicə planına görə saatlıq, günlük, həftəlik və ya aylıq ola bilər. Həkimlər tərəfindən uyğun görülən müalicənin icrasına cavabdeh olan tibb bacıları yara baxımı, qan alma, sarğı, inyeksiya, yataq yarası baxımı, kateter yerləşdirmə və təqib, PEG baxımı, xəstəyə sistem köçürmək, peyvənd və dərman kimi sağlamlıq xidmətləri göstərir.

Yeniliklərə Abunə Ol!

Dərc olunmuş yeni məqalədən ilk sən xəbərdar ol.

Məmnunluq anketi

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

everything's where you left it.

TİBBİ XİDMƏTİ EVİNİZƏ ÇAĞIRIN!