012 310 07 88

MƏLUMAT VƏ QƏBUL

Mielit

Mielit onurğa beyininin bütün iltihabi proseslərinin ümumi adı olub, onun həm boz, həm də ağ maddəsini əhatə edə bilər. Mielit termini ilə onurğa beyninin istənilən iltihabi prosesini adlandırırlar. İltihabın formasından və yayılma dərəcəsindən asılı olaraq, simptomların şiddəti əhəmiyyətli dərəcədə dəyişə bilər və bu xəstəlik indiyədək sinir sisteminin ağır xəstəliklərindən hesab olunur. Mielit yüksək faizli ağırlaşmalar verir və çətinliklə müalicəyə tabe olur.

Mielitin inkişaf səbəblərinə görə bölünür:

  • İnfeksion mielit
  • Toksiki mielit
  • Travmatik mielit
  • Postvaksinal mielit
  • Autoimmun mielit
  • Radiasion mielit
  • İdiopatik mielit

Xəstəliyin herpes, polimielit, quduzluq, vərəm və ya siflis yoluxması səbəbindən də baş verməsi mümkündür. İnfeksion mielitlər zamanı infeksiya hematogen yolla yayılır, beynin yoluxmasından əvvəl xüsusi əlamətlər meydana çıxır. İkincili mielitlər ümumi infeksion xəstəliklər (qızılca, skarlatina, pnevmoniya, qrip) nəticəsində irinli ocağın və ya sepsisin fəsadı kimi meydana gəlir. İkincili mielitlərin əmələ gəlməsində allergic amilin və infeksiyanın onurğa beynə hematogen yolla ötürülməsi rol oynayır. İntoksikasion mielitlər nadir hallarda təsadüf edilir, ağır eksogen və endogen zəhərlənmələr nəticəsində inkişaf edə bilir.

Travmatik mielitlər ikincili infeksiyanın qoşulması ilə onurğa və onurğa beyinin açıq və qapalı travmaları zamanı baş verir.

Mielit zamanı iltihabi proses daha çox onurğa beynin aşağı döş şöbəsində yerləşir. Müayinə zamanı beynin yoluxmuş şöbəsi şişkin və hiperemiyalı olur. Mikroskopik araşdırma onurğa beynin yumşaq qişasının infiltirasiyasını aşkara çıxarır. Xəstəlik zamanı zədələnmiş nahiyənin damarları troblaşmış olur, damarətrafı infiltiratlar müəyyən edilir.

Postvaksinal mielit. Son zamanlarda peyvənd olunmuş və allergik reaksiyaların inkişafına meylli olan insanlarda inkişaf etməyə başlayır;

Autoimmun mielit. Xəstəliyin inkişafı orqanizmin müstəqil olaraq öz hüceyrələrinə qarşı anticisimlər istehsal etməsindən sonra başlayır.

Radiasion mielit. Mielitin bu forması, əsasən, udlağın, qırtlağın, qida borusunun bəd xassəli şişlərinin və həmçinin retroperitoneal limfatik düyünlərdə olan metastazların şüa terapiyası nəticəsində yaranır.

İdiopatik mielit. Kəskin idiopatik köndələn mielit diaqnozu iltihaba səbəb olan amili tapmaq mümkün olmadığı halda qoyulur.

Davam etmə müddətinə əsasən mielit olur:

Kəskin mielit. Simptomlar çox aydın şəkildə təzahür edir. Xəstəliyin bu forması çox ağır keçir və onun fonunda bir çox ağırlaşmalar inkişaf edə bilir.

Yarımkəskin mielit. Simptomlar tədricən özlərini göstərməyə başlayır. Lakin qeyd etmək lazımdır ki, bu patologiya proqressivləşən xarakterə malik olur. Bu, tədricən klinik şəklin getdikcə daha da pisləşəcəyindən xəbər verir. Mielitin bu fоrmasının xüsusi bir variantı Fua və Alajuanin (1926) tərəfindən təsvir olunmuş yarımkəskin nekrotik myelitdir.


Bəzən mielitin inkişafının səbəbini müəyyən etmək mümkün deyil, lakin əksər hallarda əsas “tətik amilləri” məlum olur.

Mielitin klinik şəkli tamamilə iltihabın lokalizasiyasından asılı olur. Zədələnmənin səviyyəsi onurğa beyninin seqmentləri və ya şöbələrinə əsasən müəyyən edilir. Bir neçə seqmentlə məhtudlaşan xəstəliyə köndələn mielit deyilir. Onurğa beyninin hansı şöbəsinin zədələnməsindən asılı olaraq, mielit boyun, döş və bel-oma növlərinə bölünür.

Xroniki mielit – bir qayda olaraq xəstəliyin bu forması ahıl yaşda olan insanlara təsir edir, ancaq autoimmun pozuntular səbəbindən gənclərdə də inkişaf edə bilər.

Yayılmasına görə mielit bolünür:

  • Məhdud – Onurğa beynində yalnız bir patoloji ocaq vardır;
  • Diffuz – İltihab prosesi bütün onurğa beynini əhatə edir;
  • Multifokal – Onurğa beyninin müəyyən sahələrində bir neçə ocaq (2-dən çox) vardır;
  • Köndələn mielit – Bu formanın inkişafı barədə, iltihabi prosesin nəticəsində eyni zamanda bir-birinin yanında yerləşən bir neçə seqmentin zədələnməsi halında danışılır.

İnkişaf mexanizminə görə:

  • Birincili mielit – Xəstəlik müstəqil şəkildə, əlverişsiz amillərin təsiri nəticəsində inkişaf edir;
  • İkincili mielit – Bu tip patologiyanın yaranma səbəbi artıq insan orqanizmində inkişaf etmiş fon xəstəlikləridir. Bir qayda olaraq, bunlar xroniki gedişə malik proseslər olur.

Mielitin patogenezi

İstənilən tətikverici amil – infeksiya, travma və s. onurğa beyninin ödeminə səbəb olur. Bunu, bütün patoloji prosesin işə düşməsinin başlanğıc nöqtəsi hesab etmək olar. Ödem toxumalarda qan dövranını pozur, damarların trombozu meydana gəlir. Bu isə, öz növbəsində şişkinliyi daha da artırır. Mielitin inkişaf mexanizmi, bir çox nevroloji xəstəliklər üçün xarakterik olan “qüsurlu dairə” üzrə gedir. Qan dövranının pozğunluğu (və ya bəzi nahiyələrdə onun tamamilə kəsilməsi) son nəticədə onurğa beyni toxumalarının yumşalmasına və nekrozuna səbəb olur.

Sağaldıqdan sonra nekrozun yeri birləşdirici toxuma ilə əvəz olunur – çapıq yaranır. Çapıq toxuması, sinir hüceyrələrinə xas olan funksiyaları yerinə yetirə bilmədiyi səbəbindən xəstəlik zamanı meydana gələn bir çox pozuntular bərpadan sonra da davam edə bilər. Patomorfoloji olaraq, onurğa beyni maddəsi, şişkin və boşalmış görünür; xarakterik “kəpənək” şəkli bir qədər silinmiş olur. Mikroskopiya zamanı qansızma sahələri, ödem, miyelinin parçalanması, infiltrasiya prosesi aşkar edilir.

Mielitin simptomları

Mielit çox zaman ümumi yoluxucu əlamətlərlə kəskin və ya yarımkəskin şəkildə özünü göstərir. Yoluxmuş sinir köklərinin innervasiya etdiyi zonalarda ağrılar olur. Ağrı sindpomunun ardınca zədələnmə səviyyəsindən aşağıda ifliclər, hissiyyat pozğunluqları inkişaf edir. İfliclər süst xərəkter daşıyır, iflic olmuş ətraflarda tonus aşağı düşür. Vətər refleksləri alınmır.

Xəstəliyin başlanma anından şiddətlənməsinə qədər, onun klinik təzahürləri əhəmiyyətli dərəcədə dəyişir. İnfeksion mielitin ilk əlamətləri tamamilə qeyri-spesifik olur və digər infeksion xəstəliklərdən az fərqlənir. Kəskin başlanğıc, bədən temperaturunun qəflətən 38-39 ° C-yə qədər yüksəlməsi, üşütmə, ümumi zəiflik kimi iltihab prosesinin bütün “standart” əlamətləri mielit zamanı qeyd olunur. Vaxt keçdikcə xəstəlik onun üçün xarakterik xüsusiyyətləri əldə etməyə başlayır. İlk nevroloji simptom, adətən bel ağrısı olur.

DİAQNOZU: Diaqnozu xəstəliyin əlamətlərinə, MRT və KT –nin nəticələrinə, qan analizlərinin nəticəsində: iltihab əlamətləri ola bilər (EÇS-in, leykositlərin sayının, C-reaktiv zülalın və fibrinogenin miqdarının artması) əsasən qoyulur.

MÜALİCƏSİ: Müalicəsi simptomatik aparılır.

Antibakterial və antiviral terapiya. Bütün hallarda, geniş spektrli fəaliyyət göstərən antibiotiklər mümkün olan ən yüksək dozalarda təyin edilməlidir: Levofloksasin (Tavanik) – 500 mq dozasında, sutkada 1 dəfə daxilə təyin edilir.

Bədən temperaturu yüksələn zaman ağrıkəsici və iltihab əleyhinə qeyri-steroid preparatlar:

  • Parasetomol
  • Aspirin (Asetil-salisil turşusu)
  • İbuprofen

Hormonal iltihab əleyhinə preparatlar. Viral və allergik təbiətli, eləcə də mənşəyi bilinməyən mielitlərdə, böyük dozada qlükokortikoid hormonları təyin edilir. Hormonal terapiyanın müddəti xəstəliyin dinamikası ilə müəyyən edilir: Prednizolon, Deksametazon, Triamsinolon.

Evdə Tibbi Xidmət Sifarişi