012 310 07 88

MƏLUMAT VƏ QƏBUL

İnsult

İnsult – beyin qan dövranının kəskin pozulmasıdır. BQDKP-ı 2 yerə ayrılır. 1-keçib gedən bqdkp (24 saat ərzində), 2-insultlar. İnsultun iki tipi fərqləndirilir: işemik (80-85%) və hemorragik (15-20%).

HEMORRAGİK İNSULT

Hemorragik insult – serebral arteriyanın travmatik genezli olmayan partlaması və qanın intrakranial sahəyə – intraventrikulyar, intraserebral, subaraxnoidal, subdural və ya epidural olaraq axması nəticəsində beyin qan dövranının kəskin pozulmasıdır. Bəzən intraserebral hemorragiya beyin infarktı sahəsində inkişaf edir, bu, işemik insultun hemorragik transformasiyası adlanır. Bəzən mürəkkəb insult(qarışıq) olur ki bu zaman eyni ocaqda həm işemik dəyişkənliklər,həmdə qansızmalar olur.

Etiologiyası:

Ən çox rast gəlinən səbəbləri – hipertoniya xəstəliyi, simptomatik arterial hipertenziya və anadangəlmə damar anomaliyaları, daha çox beyin damarlarının anevrizması ola bilər. Qanın laxtalanmasının pozulmaları fonunda hemorragik insult inkişaf edə bilər.

Patogenezi:

Hemorragik insult əsasən arterial təzyiqin artması səbəbli damarların partlaması nəticəsində inkişaf edir və hematoma əmələ gəlməsinə gətirib çıxarır. Buna damar divarının təbəqəiəşməsi, nazikləşməsi, anevrizmin əmələ gəlməsi, anadangəlmə anevrizm, digər damar anomiyaları və damar divarının dağılması səbəb ola bilər. Nadir hallarda isə qansızma damar divarının keçiriciliyinin pozulması nəticəsində baş verir. Bu zaman damar divarının keçiriciliyi artır, plazmanın və qanın formalı elementlərinin süzülməsi baş verir. Damarda qanın hərəkəti ləngiyəndə, damarın genişlənməsi zamanı da beyində anevrizma əmələ gələ bilir. Xırda qansızmalar birləşərək çox da böyük olmayan hemorragik ocaqlar əmlə gətirir.

Hemorragik insultlar zamanı hematoma tipli qansızmalar baş verir. Hemoragik tipli qansızma xırda damarların diapeduz yolu ilə yaranır.

Klinikası:

Hemorragik insult, həyəcanlanma, fiziki gərginlik və yorulma zamanı qəfindən meydana çıxır. Bəzən insultdan əvvəl üzə qan gəlmə, intensiv baş ağrısı, əşyaların qırmızı rəngdə görünməsi ola bilir. Bu çox vaxt kəskin baş ağrısı, qusma, tənəffüsün tüzləşməsi, ürəkdöyünmə, birtərəfli iflic və ya parez, şüurun pozulması əlamətləri ilə səciyyələnir.

Müayinəsi: Xəstəliyin əlamətlərinə və KT müayinəsinin nəticələrinə əsasən aparılır.

Müalicəsi: Müzlicəsində qandurulducu və beyin qan dövranını yaxşılaşdıran, simptomatik preparatlardan istifadə edilir.

İŞEMİK İNSULT

İşemik insult beyin qan dövranının pozulması olub, qəflətən yaranan və 24 satdan artıq davam edən ocaqlı nevroloji və ümumi beyin simptomların meydana çıxması və ya daha qısa müddətdə xəstənin ölümünə səbəb olması ilə xarakterizə olunur. İşemik insultun aşağıdakı variantları ayırd edilir:

Kardioembolik – aritmiya, ürək qapaqlarının xəstəlikləri, miokard infarktı səbəbindən meydana gələn işemik insult;

Aterotrombotik – iri arteriyaların aterosklerozu səbəbindən arterio-arterial emboliyanın baş verməsi nəticəsində yaranan işemik insult;

Lakunar – kiçik ölçülü arteriyaların okklüziyası səbəbindən baş verən işemik isult;

Digər, nadir səbəblərlə: qanın hiperkoaqulyasiyası, qeyri-aterosklerotik vaskulopatiyalar, arteriya təbəqələşməsi bölünməsi və s. nəticəsində yaranan işemik insult;

Naməlum mənşəli işemik isult – dəqiq diaqnozun qoyulması səbəbi müəyyənləşdirilməmiş insulta və ya iki və ya daha artıq ola biləcək səbəblərə görə mümkün olmadıqda.

Bundan əlavə, kiçik insult da ayırd edililir ki, bu zaman simptomlar xəstəliyin ilk 3 həftəsində azalmağa doğru gedir.

İşemik insultun etiologiyası və patogenezi:

İşemik insult ayrı bir xəstəlik sayılmadığından, onun üçün vahid etioloji amili müəyyən etmək mümkün deyil. Bununla yanaşı, işemik insultun yaranma tezliyinin artması ilə əlaqəli risk faktorları mövcuddur.

Risk faktorları və təsir edici amillər:

Anamnezində tranzitor işemik həmlənin (Beyin qan dövranının keçici pozğunluqları) olması. TIH keçirmiş xəstələrin 40% -də, işemik insult 5 il ərzində( birinci ay ərzində 20%-də, 50%-də birinci il ərzində) baş verir. Eyni qrupa həmçinin, TİH-lə təzahür edən simptomatik karotid stenoz, yəni yuxu arteriyasının en kəsiyinin 70%-dən çoxunun aterosklerotik düyün tərəfindən daralması da aid edilir. TIH həmçinin miokard infarktı riskini də artırır: miokard infarktından ölənlərin təxminən 50%-i TIH keçirilmiş şəxslərdir.

Arterial hipertenziya. İnsult ehtimalı təxminən 5 qat artır.

Hiperlipidemiya: hiperxolesterolemiya, hipertriqliseridemiya.

Ahıllıq və qocalıq dövrü. 65-74 yaşlarda olan insanlarda insultun baş vermə tezliyi 45-54 yaş arasında olan dövrə nisbətən 6 dəfə çoxdur.

Səyrici aritmiya. Risk artımı 3 – 5 dəfədir.

Siqaret çəkmə. Risk artımı 2 – 4 dəfədir.

Şəkərli diabet xəstəliyi. Risk artımı 2 – 4 dəfədir.

Ürəyin işemik xəstəliyi. Risk artımı 2 – 4 dəfədir.

Anamnezdə “kiçik insultun” olması.

Alkoqoldan sui-istifadə. Qeyd etmək lazımdır ki, spirtli içkilərin böyük (gündə 60 q-dan çox) və orta (gündə 12-24 qram arasında) miqdarda qəbul edilməsi insultun yaranma ehtimalını artırırsa, onun kiçik midarda (gündə 12 qram) qəbulu əksinə, insultun yaranma ehtimalını aşağı endirir.

Bədən çəkisinin çox olması.

Hipodinamiya.

Oral kontraseptivlərin qəbulu

Anamnezdə miqrenoz statusun olması.

Ürək xəstəlikləri, vaskulitlər, hematoloji xəstəliklər (birincili koaqulopatiya, polisitemiya, essensial trombositopeniya, trombositopenik purpura, disseminə olunmuş damardaxili laxtalanma sindromu), antifosfolipid sindromu, venoz tromboz, fibromuskulyar dysplazia, irsi arteriopatiyalar, QİÇS, trombositoz, venoz tromboz, preserebral və beyin arteriyalarının təbəqələşməsi, neyrosifilis, irinli meningit.

Ürəyin dəqiqəlik həcminin azalması (ürəyin işemik xəstəliyi, ritm pozuqluqları, arterial hipertenziya zamanı) nəticəsində yaranan ürəyin hipodinamik sindromu.

Ekstrakranial və ya intrakranial arteriyaların aterosklerozu fonunda dayanıqlı ağır hipotenziya. Bu, beyin perfuziyasının azalması və trombun əmələ gəlməsinə səbəb olan amildir.

“infarktın nüvəsi” temini ilə geridönməz dəyişikliklər zonasını, “işemik yarımkölgə” (penumbra) termini ilə isə geri dönən xarakterli zonanı adlandırırlar. Penumbranın davam etmə müddəti ən vacib anıdır, çünki zaman keçdikcə geri dönə bilən dəyişikliklər geridönməz bir xarakter alırlar. Oligemiya zonası, elə bir nahiyədir ki, burada beyin qan axınının azalmasına baxmayaraq toxuma ehtiyacları və bu ehtiyacları təmin edən proseslər arasında tarazlıq saxlanılmış olur. Oliqemiya zonası, uzun müddət infarktın nüvəsinə keçmədən mövcud ola bilər, buna görə də o, penumbra hesab edilmir.

İşemik insultdan sonra aşağıdakı patogiyalar qeyd edilə bilər:

Hərəkət pozuqluğu. zəiflik və ya iflic – bu, hərəkət, yeriş və koordinasiyada çətinliklərə səbəb ola bilər. İşemik insult zamanı meydana çıxan hərəkət pozğunluqları, mərkəzi tipli olur və bir qayda olaraq bədənin bir yarısını əhatə edir və hemiparez və ya hemiplegiya adlanır. Eyni zamanda, zədələnmiş tərəfdə əzələ tonusunun artması da qeyd edilir.

Hiperrefleksiya. Ptoloji ocağa əks tərəfdə vətər və sümüküstü reflekslərin güclənməsi, habelə patoloji reflekslərin: Babinski, Rossolimo, Oppenheym və s. reflekslərinin meydana gəlməsi qeyd olunur.

Hissiyyat pozğunluqları. Bədənin bir tərəfində tam və ya hissəvi somatosensor pozğunluqlar (hemihipesteziya).

Görmənin pozğunluqları. Bir gözdə görmə qabiliyyətinin tam və ya qismən azalması (keçici monokulyar korluq). Görmə sahəsinin sağ və ya sol yarımının (ya da kvadrantının) itirilməsi (hemianopsiya, kvadrant hemianopsiya). Görüntünün ikiləşməsi (diplopiya).

Vestibular pozuntular

Obyektlərin fırlanması hissiyyatı (sistemli başgicəllənmə).

Udmanın pozulması. Udma aktının pozulması qidanın və ya mayenin yemək borusuna deyil, nəfəs borusuna və ağciyərlərə daxil olmasına səbəb olur və bununla da ağır pnevmoniyaya gətirib çıxara bilər. Udma aktının pozulması həmçinin qəbizliyə və orqanizmin susuzlaşmasına səbəb ola bilər.

Nitq pozğunluqları: Sözün tələffüzü və anlayışının pozulması (afaziya), o cümlədən oxumanın pozulması (aleksiya), yazmanın pozulması (aqrafiya), hesablama ilə bağlı çətinliklər (akalkuliya), nitqin aydın olmaması (dizartriya) beynin sol yarımkürəsinin zədələnməsi nəticəsində yaranır.

Qavrayış problemləri. Normal görmə qabiliyyətinin saxlanıldığı bir vaxtda insan nə gördüyünu anlaya bilmir. Qavramanın pozulması xəstənin gündəlik məişət vasitələrindən istifadə etməsini çətinləşdirir. Məsələn, xəstə stəkanı götürə, içərisinə su tökə və sonra onu içə bilmir.

Koqnitiv pozğunluqlar. Xaricdən daxil olan məlumatların qəbul etmək və emalı qabiliyyəti pozulur. Aydın və məntiqi təfəkkür pozulur; yaddaş zəifləyir, təhsil, qərar qəbul etmək və qabaqcadan planlaşdırma qabiliyyəti itirilir.

Davranış pozğunluqları. Aqressivlik, ləng reaksiya, qorxu, emosional qeyri-sabitlik, dezorqanizasiya meydana çıxa bilər.

Sidik ifrazının və defekasiyanın pozulması. Bağırsaqlar və ya sidik kisəsi ilə yaranan çətinliklər (sidiyin saxlaya bilməməsi və ya və ya ləngiməsi, nəcisi saxlaya bilməmək) insultdan sonra yaranan müxtəlif problemlər nəticəsində meydana çıxa bilər.

Psixoloji pozğunluqlar. Əhvali-ruhiyyənin kəskin dəyişiklikləri, depressiya, əsəbilik, səbəbsiz gülmək və ya ağlamaq. Depressiya insult keçirmiş insanlarda tez-tez rast gəlinən bir problemdir və çox vaxt iştahanın itirilməsi, səbəbsiz gülüş və ya ağlama, yuxusuzluq, heysiyyətin enməsi və narahatlıq hissinin artması ilə müşayiət olunur.

Epilepsiya. İnsult keçirmiş insanların 7-20% -də inkişaf edir. Postişemik qıcolma fəallığı ocaqlarının formalaşması zamanı gicgah epilepsiyası inkişaf edir. Epilepsiyanın bu forması epileptik paroksizmlərin polimorfizmi ilə xarakterizə olunur, bu zaman generalizə olunmuş tutmalar, absanslar, psixi ekvivalentlər və s. qeyd edilir.

Ağrı sindromu. İnsultdan sonra insanların az bir qismində yanma, pulsasiya edən və ötücü ağrılar şəklində tutmalar yaranır ki, bunlar da analgetiklərin tətbiq olunmasından sonra da keçib getmir.

İşemik insultun diaqnostikası:
Hospitalizasiyayadək diaqnostika testi

Bu testi təcili yardımın gəlməsindən qabaq aparmaq olar. Bunun üçün FAST testi mövcuddur. Testin adı ingilis dilindən götürülüb, F-face (sifət), A-arm (əl), S-speech (nitq) və T-time (zaman) sözlərinin baş hərflərindən ibarət akronimdir (abbreviatura). Bu testin keçirilməsi bizə rast gəldiyimiz halın məhz beyin qan dövranının pozulması olmasına əmin olmağa imkan verir.

F-face (sifət). Xəstədən gülümsəmək tələb olunur. O, üzünün yalnız bir yarısı ilə gülümsəyə bilir, digər yarısı isə hərəkət etmir və ya çox çətin hərəkət edir. “Əyri” təbəssüm müşahidə edilir.

A-arm (əl). Xəstədən əllərini yuxarı qaldırmaq tələb olunur. Bu zaman xəstə bir əlini tam qaldırıla bilmir.

S – speech (nitq). Xəstə danışa və / və ya başqasının danışığını başa düşə bilmir.

T-time (zaman). Əgər xəstədə yuxarıda göstərilən simptomlardan biri aşkar edilibsə, zaman həlledici əhəmiyyət kəsb edir. Həmin şəxs mümkün qədər tez xəstəxanaya çatdırılmalıdır.

Qanın analizi. Müayinə nəticəsində qanın laxtalanma müddəti; qanda şəkərin, sidik cövhərinin, xolesterinin, elektrolitlərin miqdarı; infeksiyanın olub-olmaması aşkar edilir. İşemik insultlu xəstələrin əksəriyyətində qanın laxtalanma sistemində hiperkoaqulyasiyaya meyillik qeyd olunur. Fibrinogenin, protrombinin, plazmanın heparinə tolerantlığının artması; fibrinogen B-nin əmələ gəlməsi; fibrinolitik aktivliyin normal və ya bir qədər azalmış olması adətən xəstəliyin ilk 2 həftəsi ərzində qeyd edilir. İşemik insultun kəskin mərhələsində xəstələrdə trombositlərin əhəmiyyətli dərəcədə yüksək aqreqasiyası və adhesivliyi qeyd edilir. Bu yüksək göstəricilər 10-14 gün davam edir, işemik insultun yalnız 30-cu günü subnormal səviyyəyə qayıdır.

Kompütür tomoqrafiya (KT). Bu müayinənin köməyilə baş beynin təbəqələrlə görüntüsünü almaq mümkündür. KT-nin vasitəsilə ilə insultun hemorragik və ya işemik olması, beyin xərçəngi və digər xəstəlikləri aşkar etmək olar.

Maqnit-rezonans tomoqrafiya (MRT). Müayinə zamanı KT-də olduğu kimi rentgen şüalarından deyil, radio dalğalarından istifadə edilir. MRT avadanlığı çox bahadır və buna görə də hər tibb müəssisəsində olmur. MRT müayinəsi işemik insultun hemorragik insultdan fərqlənməsini KT-ya nisbətən daha zəif aşkar edir. Buna görə, hər şeydən əvvəl, KT müayinəsinin aparılması tövsiyə olunur.

Serebral angiografiya. Əgər qana kontrast maddə yeridilərsə, rentgen şəkilləri daha çox informativ olacaq. Müayinə zamanı qasıq nahiyəsindən arteriyaya kateter daxil edilir, onu damarların içi ilə boyuna qədər gətirib çıxarır, sonra damara kontrast maddə vurulur, kateter çıxarılır və şəkillər çəkilir. Serebral angioqrafiya mürəkkəb və təhlükəli bir müayinə metodudur. O, bir qayda olaraq ağır hallarda təyin edilir. Əlavə müayinə üsullarından 12 kanallı elektrokardioqrafiya (EKQ), maqnit-rezonans angioqrafiya (MRA), arteriyadaxili rəqəmsal subtraksion angioqrafiya (ADRSA) və s. göstərmək olar.

Exokardioqrafiya (ExoKQ). Səs dalğalarının köməyi ilə ürəyin vizual görüntüsü əldə edilir. Əgər həkimlər şübhələnərlərsə ki, işemik insultun səbəbi ürəkdə meydana gələn və sonradan qanla yuxarı qalxan trombdur, bu zaman ExoKQ təyin edilir.

Karotid arteriyaların ultrasəs müayinəsi. Səs dalğaları bədən toxumalarından əks olunurlar. Kompüter bu əksolunmanı təhlil edir və onun aydın bir şəklini çəkir. Yuxu arteriyalarınön ultrasəs müayinəsi damarların hansı dərəcədə ateroskleroza məruz qalmasını və karotid endarterektomiya deyilən bir əməliyyata ehtiyac olub-olmamasını müəyyən etməyə imkan verir. USM əhəmiyyətli məlumatlar verən ağrısız, zərərsiz və əlçatan bir müayinə metodudur.

İşemik insultun müalicəsi:

İşemik insultun müalicəsi ixtisaslaşdırılmış stasionar şəraitdə həyata keçirilir və insultun növündən və səbəbindən (aterotrombotik, lakunar, kardioembolik, hemodinamik, hemoreoloji mikrookklüziya ilə əlaqəli), zədələnmə nahiyəsindən, eləcə də baş beynin neyronlarında gedən dəyişikliklərin xarakterindən, xəstənin ümumi vəziyyətindən və yanaşı gedən xəstəliklərdən asılı olan bazis və spesifik terapiyanın aparılmasından ibarət olur.

Evdə Tibbi Xidmət Sifarişi