012 310 07 88

MƏLUMAT VƏ QƏBUL

Hemiplagiya (hissəvi iflic) xəstələrinə aid evdə etibarlı məşqlər

Məşqləri müşayiət edən bir şəxslə etməyi məsləhətdir Həm də hər gün hər dəfə 20 təkrar etməlisiniz. Unutmayın ki, başqalarından nə qədər asılı olmazsınız, sizin üçün bir o qədər yaxşıdır. Erkən reabilitasiya müalicənin uğurunu artırır.

  1. Əvvəlcə sağlam stula oturun. Daha sonra sağlam ayagınızı yerə paralel şəkildə qaldırın. Sonra xəstə ayağınızı sağlam ayağın üzərinə atıb yenidən eyni vəziyyətdə qaldırın.
  2. Sağlam ayağınızı qarnınıza çəkin.Xəstə ayağı sağlam əl ilə qaldırmağa cəhd edin. Əgər bacarmasanız kömək istəyin.
  3. Sağlam əl ilə sağlam ayağı özünüzə doğru itələyin və çəkin. Sonra eyni hərəkəti sağlam əl ilə xəstə ayağınıza tətbiq edin.
  4. Oturduğunuz yerdə gövdənizi əvvəlcə sağlam sonra xəstə tərəfə doğru döndərin. Hərəkəti təkrarlayın.
  5. Əlinizə su şüşəsi alın.Daha sonra bir açın bir bağlayın.
  6. Xəstə əlinizə dəsmal alın və sərt bir yerə qoyub sağlam əlinizlə dirsəyinizdən tutun.Qolunuzu dik halda yerə basın.
  7. Masa üzərinə qoyduğunuz su şüşəsini xəstə əlinizin arxası ilə sağa və sola hərəkət etdirin.
  8. Sağlam əliniz ilə xəstə əlinizin ovuc içindən tutun və bağlanan əlinizi açmağa çalışın.
  9. Yerdə sabit uzanıb dizinizi qarnınıza doğru çəkin və bunu hər iki ayağınıza tətbiq edin.
  10. Kürəyi üstə uzanın.Əvvəlcə sağlam ayağınızı 90 dərəcə qaldırıb saxlayın sonra eyni hərəkəti xəstə ayağınıza tətbiq edin.
  11. Özünüzə bir masa təyin edin. Sonra bir su şüşəsi götürün. Daha sonra sağlam əlinizi xəstə əlinizin arasından keçirin. Birləştirdiyiniz əlinizi su şüşəsinin üzərində sabitləyin. Şüşəni sağa sola sürüşdürün.Bu hərəkəti 20 dəfə təkrarlayın.
  12. Masa qarşısında oturub xəstə əlinizi ovucuna baxacaq şəkildə tutun. Sonra əlinizi tərsinə çevirməyə çalışın. Yəni bir əlinizin içinə bir əlinizin tərsinə baxın.
  13. Sağlam əlinlə xəstə əlinin xaricindən tut və əlini açmaq üçün əlinin üstünə təzyiq et və əlinin ovucuna bax.
  14. Xəstə əlinin içini masaya sıx və əlini sağa və sola sürüşdür.Bunu edərkən əlinin ovucunu masadan qaldırma.
  15. Xəstə əlinə su şüşəsi al və sağlam əlinə xəstə əlinin biləyindən tut və su şüşəsini qaldırmağa cəhd et.
  16. Sağlam əlinlə xəstə əlini tut və birləşdirdiyin əlini sağa, sola və yuxarı uzat.

Evdə Tibbi Xidmət Sifarişi