Allergik rinit

Allergiya – hər hansı bir maddə ilə qarşılaşıb ona qarşı həssas olan bir şəxsin daha sonra eyni maddə ilə yenidən qarşılaşdıqda orqanizminin bu hadisəyə verdiyi reaksiyadır.İnsan orqanizminə üxtəlif yollarla girən və özü özünə maddə yaradan yad maddəyə antigen,əleyhinə istehsal etdiyi maddə isə antikor adlanır. Bu antigen allergiyaya səbəb olarsa, bu antigenə allergen deyilir. Ətrafımızdakı yad […]

Uşaqlarda orta qulaqda maye toplanması

Orta qulaq, qulaq pərdəsinin arxasında hava ilə dolu olan sahədir. Bir uşağın orta qulaqda maye toplanması (efüzyonlu otitis media) olduqda, bu orta qulaqda sulu və ya seliyəbənzər bir mayenin yığılması deməkdir. Orta qulaq mayesi qulaq infeksiyası ilə eyni deyil. Qulaq infeksiyası ümumiyyətlə soyuqdəymə zamanı, orta qulaq mayesinin viruslara, bakteriyalara və ya hər ikisinə yoluxduğu zaman […]

Tonzillit və adenoid xəstəlikləri

Badamcıqlar boğazınızın arxasındakı iki yuvarlaq topaqdır. Adenoidlər – burun-udlaq badamcıqlarının əsasını təşkil edən limfa toxumasının törəmələridir. Onlar boğazın arxa divarında, təxminən dilçəkdən yuxarıda yerləşir. Xüsusi alətlər olmazsa ağızdan və burundan görünə bilməzlər. Badamcıqlar və adenoidlər immun sisteminin bir hissəsidir və bədəni xəstəliklərdən qorumağa kömək edir. Bakteriya və virusların ağız və ya buruna girməsinə maneə törədirlər. […]

Yaşlılar üçün məşqlər

Yaşlanmaq bütün orqan sistemlərində struktur və funksional bir azalmaya səbəbdir. Əvvəlcə əzələ kütləsi və əzələ gücü azalır. Bugünkü tibb insanlara daha sağlam, daha keyfiyyətli və daha uzun ömür verir. Müntəzəm və düzgün məşqlərlə qocalma nəticəsində yaranan itkilər azaldıla bilər və aktiv həyat davam etdirilə bilər. Yaşlılar üçün idman etməyin faydaları: Əzələ gücünü artırır. Müvazinət və […]

Revmatizma xəstəliyində məşqlər

Revmatik xəstəliklər üçün uzun müddət sadəcə dərman müalicəsi və oynaqların istirahət etməsi məsləhət olunurdu. Amma hərəkətsizlik hər zaman fəsadları artırdı. Oynaqlarda ağrı səbəbiylə oynaqlar kifayət qədər hərəkət edə bilmirsə, oynaq ətrafındakı əzələlər zəifləyir və xəstənin aerobik (nəfəs alma) qabiliyyəti azalır. Ancaq bir çox xəstədə hərəkət ağrını artırır. Ağrıya reaksiya hərəkətin məhdudlaşdırılmasıdır. Hərəkətsiz qalan oynaqda kapsul […]

Hemiplagiya (hissəvi iflic) xəstələrinə aid evdə etibarlı məşqlər

Məşqləri müşayiət edən bir şəxslə etməyi məsləhətdir Həm də hər gün hər dəfə 20 təkrar etməlisiniz. Unutmayın ki, başqalarından nə qədər asılı olmazsınız, sizin üçün bir o qədər yaxşıdır. Erkən reabilitasiya müalicənin uğurunu artırır. Əvvəlcə sağlam stula oturun. Daha sonra sağlam ayagınızı yerə paralel şəkildə qaldırın. Sonra xəstə ayağınızı sağlam ayağın üzərinə atıb yenidən eyni […]

Fibromialgiya məşqləri

Fibromiyalgiya simptomlarını və ataklarını idarə etmək üçün idman etmək çox faydalıdır. Bədəndə düzgün duruş təmin edən, əzələləri gücləndirən və dözümlülüyü artıran məşqlər fibromiyalgiya müalicəsinin ayrılmaz hissəsidir. İdman edənlərdə ağrı və yorğunluqda rahatlaşma, yuxu problemlərində yaxşılaşma olduğu müşahidə edilir. Lakin sıx məşq fibromiyalgiya simptomlarını daha da pisləşdirə bilər. Bu səbəbdən fibromiyalgiya xəstələri diqqətli olmalı və özlərini […]

Artroz

Artroz patoloji, radioloji və ya kliniki olaraq oynaq qığırdağının degenerasiyası sonrasında əmələ gələn eroziya, qığırdaq dağılması, sümük kənarlarında ostefitlər, subxondral skleroz və kistalar ilə birlikdə sinovya və oynaq kapsulunda meydana gələn biokimyəvi və morfoloji dəyişikliklərlə xarakterizə olunan xroniki xəstəlikdir. Artroz zamanı patoloji proses yalnız qığırdağı deyil, həm də qonşu anatomik strukturları (kapsul, bağlar, sinovial qişa, […]

Üz sinirin iflici

Üz (fasial) sinir beyindən başlayır və gözün altından hərəkət edərək budaqlara ayrılır. Üz siniri üzümüzdəki əzələlərimizi işlədir ki, bu da danışma, çeynəmə, mimika və hissiyat kimi üz əzələlərimizdə meydana gəlir. Göz yaşı və digər ləzzət və dad alma hissinə də üz siniri nəzarət edir. Üz əzələləri və funksiyaları: Qaşları qaldırmaOccipitofrontalis Gözləri bağlamaqOrbicularis oculi Qaşlarımızı çatdığımızda […]

Serebral iflic

Uşaq serebral iflici termini ilk dəfə 1893-cü ildə məşhur alman psixoanalitik Ziqmund Freyd tərəfindən təklif edilmişdir. Uşaq Serebral İflici baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində əmələ gələn, adətən erkən uşaqlıq dövründə aşkarlanan və hərəki pozğunluqlarla: ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan bir haldır. […]