012 310 07 88

MƏLUMAT VƏ QƏBUL

Evdə tibbi xidmətlərin alt qrupları nələrdir?

Evdə tibb xidmətlərini ümumi başlıq altında nəzərdən keçirə bilərik.

  • Evdə profilaktik xidmət

Evdə profilaktik müalicə xəstənin sağlamlıq problemini sadə bir şəkildə müalicə etməyi və mümkün fəsadların qarşısını almağı hədəfləyən bir xidmətdir.

  • Evdə diaqnostik xidmət

Bu növ xidmətdə diaqnostik cihazlar xəstənin evinə gətirilir və xəstənin müayinəsindən sonra diaqnoz qoyulur.

  • Evdə müalicəvi xidmət

Bu xidmət növündə xəstəxanadan buraxılan xəstənin müalicə gedişatına xüsusilə reanimasiyadan sonra xəstə yaxınlarının bu prosesə daxil edilməsi hədəflənir. Xəstəlik və müalicə haqqında məlumatlandırılan xəstə yaxınları müalicənin gedişatına daxil olur.

  • Evdə reabilitasiya xidməti

Reabilitasiya xəstənin xəstəxanadan çıxdıqdan sonra bərpa müddətini sağlam və təsirli bir şəkildə həyata keçirməyi hədəfləyən müalicə növüdür.

  • Evdə uzunmüddətli xidmət

Xroniki xəstəliyi olan yaşlı insanlar bu xidmətdən faydalanırlar. Buna müvafiq olaraq klinikamızın xüsusi baxıcı və ya xəstəyə qayğı göstərəcək personalı təyin olunur. Bu xidmət xəstəliyin gedişatına görə daimi və nöbəli olur. Xəstənin ümumi vəziyyətinə uyğun xidmət təyin edilir.

  • Evdə hospis xidmət

Tibb xidmətinin ən əhatəli və ağır xidmət növü olub digər adı da polliativ xidmətdir. Hospis xidmətin məqsədi müalicə etmək deyil, terminal halda olan xəstənin şikayət və ağrılarını mümkün qədər azaltmağı təmin etməkdən ibarətdir.

Evdə Tibbi Xidmət Sifarişi