012 310 07 88

MƏLUMAT VƏ QƏBUL

Evdə tibbi xidmət

Hər bir şəxsin sağlam həyat yaşaması,ailəsi və ətrafındakılara faydalı olması üçün sağlamlığını qorumağı çox əhəmiyyətlidir. Bunun üçün “Alliance Clinic” olaraq ilkin və dövrü tibbi müayinələrin aparılmasını təklif edirik. Əgər mövcud şəraitiniz klinikada tibbi xidmət almağa uyğun deyilsə “Alliance Clinic”-in Evdə Tibbi Xidmət şöbəsindən yararlana bilərsiniz. Bununla da sağlamlığınızı daha peşəkar komandaya etibar etmiş olarsınız. Müraciətlərə əsasən peşəkar həkim və tibb bacıları pasientin evində, iş yerində və yaxud olduğu məkanda müvafiq tibbi müayinə və müalicələri yüksək səviyyədə həyata keçirirlər.

Aşağıdakı tibbi xidmətlərdən evinizdə faydalana bilərsiniz:

  1. Laborator analizlərin (qanalma, yaxma və s.) götürülməsi
  2. USM, RentgenEKQ, EXO müayinələri
  3. Həkim müayinəsi
  4. Tibb bacısı xidmətləri (venadaxili infuziya, xronik xəstəliklərlə əlaqədar müntəzəm əzələdaxili inyeksiya)
  5. Fizioterapiya
  6. Tibbi avadanlıqların kirayəsi
  7. Yataq xəstələrinə tibb baxım

Adı çəkilən pasientlər üçün evdə tibbi xidmətdən istifadə etmək daha əlverişlidir:

  1. Ortopediya və Travmatologiya xəstələri
  2. İnsult, iflic və digər nevroloji xəstələr (Alzheimer, Parkinson və s.)
  3. Baxıma ehtiyacı olan yataq xəstəsi əlil və yaşlılar
  4. Ürək – damar xəstəliklərinə görə müalicə alan xəstələr
  5. Əməliyyat sonrası evdə tibbi xidmətə ehtiyacı olanlar
  6. Onkoloji və hematoloji xəstələr

Təcrübəli tibb bacıları növbəli rejimdə, evinizdə lazım olan tibbi xidməti həyata keçirəcəklər. Bunlarla yanaşı ehtiyac duyduğunuzda evinizə həkim dəvət edə biləcəksiniz. Peşəkar həkimlər bir 1-2 saat ərzində sizi maraqlandıran və narahat edən suallarınıza yerində cavab verəcək və müvafiq tibbi prosedurları həyata keçirəcəklər. Bununla yanaşı, arzu etdiyiniz təqdirdə özünüz ilə birlikdə ailə yaxınlarınızı müayinə elətdirə bilər, müxtəlif laborator analizlərin evinizdə götürülməsini də tələb edə bilərsiniz.

Evdə tibbi xidmət nədir?

Evdə tibbi xidmət – müayinə, tibbi baxım, müalicə, müşahidə və analiz kimi tibbi xidmətlərin ev şəraitində təşkil və təmin olunmasıdır. İnsanlar bu xidmətdən xəstəxanada deyil ev şəraitində istifadə edirlər. Yaşlı və xüsusi şərtlərə görə evindən çıxa bilməyən ya da çıxmağı riskli olan şəxslər evdə tibbi xidmət sayəsində komfortlu şəraitdə müalicə oluna bilirlər. Xüsusilə 65 yaşından yuxarı insanlar üçün bu xidmət xəstəxanada sıra gözləmək, nəqliyyatda vaxt itirmək problemini və infeksiya riskini azaltdığı üçün əhəmiyyətli xidmətdir. Siz də özünüz, ailəniz yaxud da yaxınlarınızdan biri üçün evdə tibb və baxım xidmətlərindən faydalana bilərsiniz.

Evdə Tibbi Xidmət Sifarişi