012 310 07 88

MƏLUMAT VƏ QƏBUL

Baxım xidməti

Adətən yaşlı xəstənin bir çox mövzuda baxım dəstəyinə ehtiyacı vardır. Evdə tibbi xidmət verən həkimin digər vəzifəsi də xəstənin baxım müddətini kordinasiya etməkdir. Sözü gedən tibbi baxımın təşkili evdə baxım müddətinin sağlam formada davam etməyi üçün vacib bir amildir. Buna görə həkim evdə baxım müddətini təşkil edir və ehtiyac olduqda mütəxəssis həkimlərin xəstəni müayinə etməyini, tibb bacısı, xəstə baxıcıların, kinezioterapevtlerin və ümumi olaraq evdə tibb bacısı və baxım xidmətlərini müalicə müddətiə daxil edilməsini təmin edir.

Evdə baxım xidməti nədir?

Hər şeydən əvvəl unutmamalıyıq ki, evdə baxım xidməti verən şəxs xəstə baxıcısıdır, tibb bacısı deyildir. Xəstəyə baxan şəxslərin tibb bacısı xidmətlərini icra etmək səlahiyyəti yoxdur, lakin əksinə tibb bacısı xəstə baxım xidməti verə bilər.

Evdə baxım xidməti verən şəxs xidmətdən yararlanan xəstəyə:

  • düzgün qidalanma mövzusunda dəstək olur
  • təmizlik, qab yumaq kimi ev işlərində dəstək olur
  • şəxsi qayğı göstərir
  • dərmanların vaxtında və düzgün dozada qəbul edilməsinə nəzarət edir
  • xəstəyə müşaiyət edir
  • həkim, tibb bacısnın ziyarətini xəbər verir
  • və sadə sağlamlıq mövzularında kömək edir

Bu siyahı baxıcı ilə razılaşmaya uyğun olaraq artırıla və azaldıla bilər.Burada vacib olan hansı baxım xidmətinə ehtiyac olduğunu dəqiq müəyyanləşdirmək və bu xidmətləri baxıcıya və xidmət göstərən müəssisəyə aydın şəkildə çatdırmaqdır.

Evdə baxım nədir və kimin ehtiyacı vardır?

Evdə baxım – öz sahəsində mütəxəssis olan həkimin yaşlının evinə gedərək ona göstərdiyi qayğı xidmətidir. Evdə baxım xidmətinin əsas məqsədi orta və yuxarı yaşlardaki şəxslərin günlük bəzi işlərini həll etmək və sağlamlıqla əlaqəli mövzularda evə gələn baxıcıdan dəstək alaraq evində müstəqil şəkildə yaşamağını təmin etməkdir.

Kimlərin evdə baxım xidmətinə ehtiyacı var?

Baxım xidmətinə ehtiyacınız olub olmadığını təyin etmək üçün özünüzə sadə bir neçə sual verə bilərsiniz:

  • Yaşınıza görə ya da xəstəlikdən sonra sağalma mərhələsində olduğunuz üçün evinizdə köməyə ehtiyacınız var?
  • Yataqdan qalxarkən və yatağa girərkən köməyə ehtiyacınız varmı?
  • Qab, paltar yumaq kimi məişət işlərinizdə köməyə ehtiyacınız varmı?
  • Həkim müayinələrinə tək gedə bilirsiniz?
  • Dərmanlarınızı düzgün dozada və vaxtında içə bilirsiniz?
  • Yeməklərinizə nəzarət edib,düzgün qidalana bilirsiniz?
  • Şəxsi gigiyenaya mütəmadi olaraq nəzarət edə bilirsiniz?

Bu suallara verdiyiniz cavablar əsasında evdə baxım xidmətinə ehtiyacınız olub olmadığını müəyyələşdirmək mümkündür. Əgər bu suallara ümumi olaraq “xeyr” cavabı verdinizsə evdə baxım xidmətinin sizə faydalı olacağına şübheniz olmasın.

Evdə Tibbi Xidmət Sifarişi