012 310 07 88

MƏLUMAT VƏ QƏBUL

Dr. Fərid Eyvazov


İxtisas:
Ortopedi, Travmatoloji və Onurğa Uzmanı

Şöbə:
Travmatologiya və ortopediya

Qəbul Günləri:
I-VI günlər saat 09:00-17:00

Əlaqə nömrə:

Eyvazov Fərid Elşad oğlu 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, 1999-cu ildə Suımqayıt şəhər Texniki və Təbiət Elmləri liseyini bitirmiş, elə həmin ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş, 2005-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdu. Belə bir ifadə var: “Quş qanadla uçar, insan arzu ilə”. Əgər insan öz qarşısına bir məqsəd qoyursa, o məqsədə çatmaq üçün inamla çalışırsa, həmin arzusuna çatır.

Yaxşı həkim hər şeydən əvvəl yaxşı insan olmalıdır. Çünki hər bir uğurlu insan öz içində yaxşı insanı, insanlığı daşımalıdır. Yaxşı insan olmaq, uğurlu həkim olmaq üçün Fərid həkim daimi oxudu, zəhmət çəkdi və inamla bu yolda irəlilədi,
peşəsinin peşəkarı olmağa çalışdı.

2005-ci ildən 2006-cı ilədək o, Musa Nağıyev adına “Təcili Tibbi” yardım xəstəxanasında həkim-interna kimi fəaliyyət göstərmiş, 2008-2009-cu illərdə Nəsrəddin Tusi klinikasında çalışmış, 2011-ci ildən 2012-ci ilədək Medikal Plaza Klinikasında işləmişdir. 2013-2016-cı illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Özəl tibbi müəssisələrinin lisenziyalaşdırılmasında təcrübəli ekspert kimi fəaliyyət göstərmişdir. 2014-2015-ci illərdə “Qrand-Hospital”da, 2015-2018-ci illərdə “Aliance-Clinik”də baş həkim kimi fəaliyyət göstərmişdir.

Hal-hazırda “Bakı Bərpa Mərkəzi”ndə baş həkim işləyir.

Evdə Tibbi Xidmət Sifarişi