012 310 07 88

MƏLUMAT VƏ QƏBUL

Kinezioteypinq

Kinezioteypinq xüsusi elastik sarğılar (bantlar) vasitəsilə həyata keçirilən ortopedik reabilitasiya metodudur.

Termoaktiv örtüklə təchiz olunmuş adheziv bantlar ağrını azaltmağa, əzələ və yumuşaq toxuma problemlərini aradan qaldırmağa və terapevtik prosesi sürətləndirməyə kömək edir.

Kinezioteypinq metodu əzələ zədələnmələri, əzələ gərilməsi, oynaq kapsulu zədələnmələri, kontrakturalar və əməliyyat sonrası reabilitasiyada istifadə olunur.

Ağrı əleyhinə yönəldilmiş, ödəmin azalmasını sürətləndirən və bərpa prosesinə yardım edən yeni nəsil preparatdır.

Tərkibi 100% pambıqdan ibarət olub 4-6 gün ərzində təsirini saxlayan və elastikliyi 50-70% olan hipoallergen xüsusiyyətli kinezioteyplər suya davamlı olur və gündəlik işlərlə məşğul olmağa mane olmur.

Kinezioteyplər oynaq ağrıları, dayaq hərəkət sistemi zədələnmələrində, küt ağrılarda uğurla tətbiq edilir.

Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.

Evdə Tibbi Xidmət Sifarişi