012 310 07 88

MƏLUMAT VƏ QƏBUL

Check-Up

Check-Up konkret xəstəliyi və ya şikayəti olmayan istənilən şəxsdə mövcud ola biləcək və ya mövcud xəstəliklərin erkən müəyyən edilməsinə imkan verən müayinələr kompleksidir. Çünki heç də hər bir xəstəlik özünü bu və ya digər şikayətlərlə büruzə vermir. Check-Up həmçinin gələcəkdə xəstəliyə səbəb ola biləcək risk faktorlarının əvvəlcədən aşkar edilməsində də mühüm əhəmiyyət daşıyır.

Müxtəlif çeşiddə müayinələri özündə birləşdirən Check-Up proqramının ən azı ildə bir dəfə aparılması məsləhətdir.

Check-Up-a hazırlıq:

  • Müayinəyə səhər vaxtı və acqarına (yalnız su qəbulu mümkündür) gəlməli;
  • Hamiləlik və ya buna şübhə varsa mütləq qeyd edilməli;
  • Son 3 gün ərzində dəmir və vitamin C olan dərman vasitələri və çox miqdarda qida məhsulları (məsələn, qırmızı ət, ispanaq, çuğundur, turp və s.) qəbul etməməli; Qadınlar üçün check-up menstruasiya dövründə həyata keçirilmir.

Check-Up-ın əhəmiyyəti:

Check-Up-ın aparılmasında məqsəd uzun illər sağlam və keyfiyyətli həyat təmin etməkdən ibarətdir.

Sizlərə süd vəzi, yumurtalıq, uşaqlıq və uşaqlıq boynu, prostat, sidik kisəsi, mədə, qaraciyər və öd yolları, mədəaltı vəzi kimi orqanların xərçəng xəstəliyi (onkomarkerlər), diabet (qanda şəkər), müxtəlif ürək xəstəlikləri və yüksək təzyiq, damar keçməzliyinə səbəb ola bilən yağların qandakı səviyyəsi (HDL, LDL), böyrək funksiyasının pozulması (Kreatinin, Sidik cövhəri, Sidik turşusu, Albumin, Ümumi zülal), qaraciyər xəstəlikləri (ALAT, ASAT, Bilirubin, QQT, hepatit B, C), revmatik xəstəlikləri (ASO, RF, CRP), qalxanabənzər vəzi xəstəlikləri (fT3,fT4, TSH), sümük kövrəkliyi (Kalsium, Fosfor) yarada bilən faktorların müayinəsini təklif edir.

Bir sözlə klinikamıza gələn hər bir xəstə burada tam və əhatəli şəkildə müayinə olunmaq imkanına malik olur. Məqsədimiz ciddi seçim etməklə respublikamızın vətəndaşlarına səviyyəli tibbi xidmət göstərməkdir ki, xəstələrimiz buradan tam sağlam getsinlər.

Evdə Tibbi Xidmət Sifarişi