Kinezioteypinq

Kinezioteypinq xüsusi elastik sarğılar (bantlar) vasitəsilə həyata keçirilən ortopedik reabilitasiya metodudur. Termoaktiv örtüklə təchiz olunmuş adheziv bantlar ağrını azaltmağa, əzələ və yumuşaq toxuma problemlərini aradan qaldırmağa və terapevtik prosesi sürətləndirməyə kömək edir. Kinezioteypinq metodu əzələ zədələnmələri, əzələ gərilməsi, oynaq kapsulu zədələnmələri, kontrakturalar və əməliyyat sonrası reabilitasiyada istifadə olunur. Ağrı əleyhinə yönəldilmiş, ödəmin azalmasını sürətləndirən və […]

Dietologiya

Alliance Klinikanın Dietologiya şöbəsi sağlam arıqlamaq və ya kökəlmək üçün peşəkarlar tərəfindən hazırlanmış, elmi əsasa söykənən pəhriz proqramları və idman hərəkətləri hazırlayır. Bədənimizi ən mühüm vitaminlər, elementlər və qidalandırıcılarla təmin etmək üçün nə yeməliyik? Qan qrupuna daha çox uyğun olan pəhrizi necə seçməliyik? Pəhriz haqqında hamının qəbul etdiyi biliklər əslində yalanlar və miflərdirmi? Nə yeməliyik […]

Fizioterapiya

Fizioterapiya və reabilitasiyada istifadə olunan alternativ metodların bərpaedici təsiri təsdiqlənmişdir. İşemik insult, fəqərə yırtıqları, protruziyalar, toxuma qansızmaları, limfostaz. Osteoxondroz və müxtəlif mənşəli ifliclərdə ənənəvi müalicə üsulları ilə yanaşı köməkçi vasitə kimi hirudoterapiya. Və akupunktur müalicəsindən istifadə etmək daha yaxşı nəticələr verə bilir. Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.

Qulaq-Burun-Boğaz

Qulaq-burun-boğaz bölməsində – bütün LOR xəstəlikləri üçün ümumi müayinə, diaqnostika və müalicələr aparılır. Klinikamızda xarici, orta və daxili qulaq xəstəlikləri, boğaz, boğaz badamcıqları və burun xəstəlikləri (poliplər, darlıqlar kimi) tüpürcək vəzi xəstəlikləri və s. xəstəliklərinin müalicəsi icra edilir.

Laboratoriya

Klinikanın laboratoriya bölməsəndə biokimyəvi, mikrobioloji, immunoloji, molekulyar genetik və digər testlər aparılır. Klinikanın laboratoriya şöbəsində analizlər ən son texnologiya və metodlar istifadə edilərək yerinə yetirilir və bütün analizlər kontrol müayinədən keçirilir.

Endokrinologiya

Endokrin sistem bədənimizin normal həyat fəaliyyətini tənzimləyən sistemlərdən biridir. Bədənimizdə olan endokrin vəzilər bu sistemin parçalarıdır. Endokrin vəzlər həm öz aralarında həm də digər orqan və sistemlər arasında tarazlığı tənzimləyirlər. Bu iş endokrin vəzlərdən qana ifraz olunan hormon adlandırdığımız maddələr hesabına baş verir. Endokrin sistem fiziologiyası və tiroid xəstəlikləri, şəkərli diabet, piylənmə, böyrəküstü vəzin, hipofiz […]

Urologiya

Urologiya – Tibb elminin sidik sistemi xəstəlikləri və onların müalicə və profilaktikası ilə məşğul olan sahəsidir. Urologiya bölümündəki müayinə və müalicə xidmətləri: Uşaqlarda, qadınlarda və kişilərdə sidik yollarında olan xəstəliklərin müayinəsi və müalicəsi Kişilərdə cinsi orqan xəstəliklərinin müayinə və müalicəsi Cinsi yolla keçən infeksiyalar Erkən boşalma Prostatit Kişi sonsuzluğu

Pediatriya

Pediatriya bölməsində – Sağlam nəsil yetişdirmək üçün övladlarımızın sağlamlığına məsuliyyətlə yanaşmalıyıq. Körpə və yeniyetmə psixologiyasının qayğısına qalaraq çalışan Pediatriya bölməmiz övladınızın doğulduğu gündən yeniyetmə (0-15 yaş) dövrünə qədər labüd olan bütün müayinə, təqib və müalicələri həyata keçirir. Bətndaxili infeksiya ilə doğulan uşaqlar (CMV, herpes, toksoplazmoz, xlamidioz, vərəm, hepatit və s. sepsis, yeni doğulmuşun hemorragik pozğunluqları, […]

Kosmetologiya

Kosmetologiya – insan orqanizminin estetik problemləri, onların səbəbləri, simptomları və korreksiya metodları ilə məşğul olan bir sahədir. Müasir kosmetologiya müxtəlif sahələri özündə cəmləşdirir dermatologiya, fizioterapiya, bərpa təbabəti, kosmetoloji kimya və s. aid etmək olar. Kosmetologiya bölməsində aşağıdakı xidmətlər göstərilir: Üz dərisinin təmizlənməsi Qlikol piling Sarı (retinol) piling PRP (plazmalifting) Permanent make-up Qızıl və gümüş maska […]

Kardiologiya

Kardiologiya bölməsində – Ürək-damar xəstəliklərinin aktual olduğu bir dövrdə yaşayırıq. Hər gün yüzlərlə insan təəssüf ki, ürək-damar problemləri səbəbi ilə vaxtında düzgün müayinə və müalicə olunmadığı üçün həyatını itirir. Genetik faktorlar, siqaret çəkmək, qeyri-sağlam qidalanma, piylənmə, şəkər xəstəliyi, hipertenziya (yüksək qan təzyiqi), yüksək xolesterin və buna bənzər problemlər ürək-damar xəstəliklərinə səbəb olur. İcra edilən müayinələr: […]